Mətbuat Şurası saytlarla "hesablaşmanı" davam etdirir
Bakı/26.12.17/Turan: Mətbuat Şurası dekabrın 26-da keçirilən iclasında bir sıra internet resursları ilə bağlı şikayətlərə baxıb.
Xüsusən, deputat Elmira Axundova criminal.az saytından şikayət edib və şikayətin araşdırılmasının yekunu olaraq sayta xəbərdarlıq verilib.
Daha bir xəbərdarlıq "vetenperverler.az" saytına verilib.
"Dosye.az" saytı ilə bağlı materiallar isə Mətbuat Şurasının reket jurnalistikasına qarşı mübarizə komissiyasına verilib.
Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti əsasında "gundemxeber.az" saytı qara siyahıya salınıb.
"Anaxeber.com" saytına qarşı tərəfin fikrini dərc etmək tövsiyə olunub.
Realliq.info saytı barəsində materiallar hüquq-mühafizə orqanlarına təqdim edilir.
Bu barədə Mətbuat Şurasının saytında yer alan məlumatda deyilir.
Xatırladaq ki, bir müddət əvvəl bir neçə sayt Mətbuat Şurasını KİV-in hüquqlarını pozmaq və öz səlahiyyətlərini aşmaq ittihamı ilə məhkəməyə veriblər. Bu, Mətbuat Şurasının jurnalist etikasının pozulması ilə əlaqədar bir sıra saytlara girişin bloklanması təklifi ilə Rabitə Nazirliyinə müraciət etməsindən sonra baş verib. -05D-
Cəmiyyət
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
-
Yazıçı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev aprelin 6-dan 7-nə keçən gecə kliniki ölüm keçirib.
Rusiya sülhməramlıları niyə gəlmişdi, niyə getdi? – Şücaət Əhmədzadə Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Siyasət,
- 13:03
- 222
Rəy yaz