Cavid Şirəliyev
Ali Məhkəmə jurnalist Cavid Şirəliyevin kassasiya şikayətini qismən təmin edib
Bakı/27.12.17/Turan: Ali Məhkəmə 7gun.az portalının redaktoru, 5 il azadlıqdan məhrum edilmiş Cavid Şirəliyevin kassasiya şikayətini qismən təmin edib. Ali Məhkəmə işi təkrar baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərib.
Ali Məhkəmənin qərarı sentyabrın 27-də qəbul edilsə də qərarın mətni ərizəçiyə indi daxil olub. Bu barədə Turan-a jurnalistin anası məlumat verib.
Öz növbəsində vəkil Bəhruz Bayramov qeyd edib ki, müdafiə tərəfi bəraətverici əsaslarla işə tam xitam verilməsi məsələsini qaldırıb.
Onun fikrincə, Ali Məhkəmənin qərarı ibtidai istintaq və aşağı instansiya məhkəmələrində çoxsaylı pozuntularla bağlıdır.
Amma Ali Məhkəmə işə vəkildən xəbərsiz baxıb.
Bayramovun müqaviləsinin şərtinə görə o kassasisa şıkayətinın baxışının başa catmasına qədər jurnalistin vəkili olub.
Xatırladaq ki, 7gun.az-ın redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də həbs edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.
C.Şirəliyev 2014-cü il avqustun 30-da DİN əməkdaşları tərəfindən saxlanılıb və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparılıb. O 2013-cü il iyunun ortalarında Asif Orucov oğlu ilə əlbir olaraq Şəfiqə Xankişiyevanı Tovuz rayonunun Qovlar kəndində yerləşən "Tatar" kafesində qumarxana olması haqda nüfuzdan salan material yaymaqla hədələyərək ondan 2 min manat tələb etməkdə ittiham olunur.
Qeyd etmək lazımdır ki, 2012-ci il dekabrın sonlarında C.Şirəliyev dekabrın 23-də "Qırmızı körpü" sərhəd keçid məntəqəsində şair Bəxtiyar Hidayətin hüquqlarının pozulması haqda məlumatı KİV-ə verdikdən sonra təqiblərə məruz qalıb.
Müdafiə tərəfinin məlumatına görə, məhkəmə C.Şirəliyevin təqsirini sübut edə bilməyib və bütün ifadələr Ş.Xankişiyevanın bəyanatı üzərində qurulub.
Sülh və Demokratiya İnstitutu, "Siyasi Məhbuslarsız Azərbaycan" Alyansı və Siyasi Məhbusların Monitorinqi Mərkəzi C.Şirəliyevi 158 nəfərlik siyasi məhbuslar siyahısına daxil ediblər.-06D-
Cəmiyyət
-
Yazıçı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev aprelin 6-dan 7-nə keçən gecə kliniki ölüm keçirib.
-
Azərbaycanın heç bir rəsmi məlumatında Qarabağda qalan ermənilərin dəqiq sayı, onların ad-soyadları, təvəllüdləri açıqlanmır. Eyni zamanda, onların saxlanmasına ayrılan dövlət vəsaiti, qalan hər bir erməni üçün müavinət norması gizlədilir. Onların harada və necə yaşadığı, onları kimin qoruduğu və onların hansı qaydalara riayət etməli olduğu məlum deyil.
-
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.
-
2024-cü ilin ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 faiz artaraq 10187539 nəfərə çatıb. Bu barədə Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
Rəy yaz