Rəhim Qazıyev
74 yaşlı keçmiş nazir xırda xuliqanlıqda günahlandırılıb
Bakı/27.12.17/Turan: Hazırda Bakı Şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılan keçmiş müdafiə naziri Rəhim Qazıyevin əhvalı yaxşıdır. Bunu vəkil Zübeydə Sadıqova dekabrın 27-də Rəhim Qazıyevlə görüşdükdən sonra Turan-a bildirib.
Onun sözlərinə görə, keçmiş nazir dekabrın 26-da İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahkar bilinərək Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edilib.
"Rəhim Qazıyev bildirdi ki, dekabrın 25-də Nəriman Nərimanov metrosunun qarşısındakı parkda polis onu saxlayıb. Sonra onu Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə aparıblar. Orada onun saxlanılmasının səbəbi ilə bağlı hər hansı söz deməyiblər. Dekabrın 26-da saat 11:00-da Rəhim Qazıyev Nərimanov Rayon Məhkəməsinə gətirilib. Məhkəmədə deyiblər ki, guya keçmiş nazir küçədə telefonla danışarkən uca səslə söyüş söyürmüş. O, məhkəmədə bildirib ki, danışdığı bütün telefon nömrələri telefonun yaddaşında qalıb. Vəsatət qaldırıb ki, telefonla danışdığı adamlar məhkəməyə dəvət edilsin və soruşulsun ki, kimə söyüş söyüb. Onun vəsatəti təmin olunmayıb", -vəkil qeyd edib.
R.Qazıyev həbsinin son tənqidi müsahibələri ilə bağlı olduğunu bildirib. "Amma nə polisdə, nə də məhkəmədə olarkən keçmiş nazirlə tənqidi müsahibələri barədə danışılmayıb", - vəkil deyib.
R.Qazıyevin hüquqlarını müdafiə etmək üçün dövlət tərəfindən vəkil təyin edilib. "Rəhim Qazıyev mənimlə müqavilə bağlandığını məhkəmənin diqqətinə çatdırıb və dövlət tərəfindən təyin edilmiş vəkildən imtina edib. Lakin məhkəmə onun vəkildən imtina etməsini nəzərə almayıb", - Zübeydə Sadıqova qeyd edib.
Rəhim Qazıyev 1943-cü ildə anadan olub. O 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.1993-cü ildə vətənə xəyanətdə ittiham edilib, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.-03B-
-
- Cəmiyyət
- 27 Dekabr 2017 13:08
Cəmiyyət
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Rəy yaz