Огтай Гюлалыев
Oqtay Gülalıyev ona xarici pasport verilməsini tələb edir
Bakı/27.12.17/Turan: "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev 6 ildir ki, ona ümumvətəndaş pasportunun verilməsindən imtina edilməsi ilə bağlı DİN-ə müraciət edib.
Gülalıyevin Turan-a verdiyi məlumata görə, hələ 2012-ci ildə ona qarşı saxta cinayət işi açılmışdı. Həmin vaxt o, Kür və Araz çaylarında dağıdıcı daşqından ziyan çəkmiş əhaliyə hüquqi yardım və əlaqələndirmə yardımı göstərən "Kür" vətəndaş cəmiyyəti qərargahının əlaqələndiricisi idi.
Amma bir il əvvəl iş bağlanıb, onun ölkədən çıxışına qoyulmuş qadağa isə əvvəlki kimi qüvvədədir.
O, dəfələrlə xarici pasport verilməsi üçün müraciət edib və hətta dövlət rüsumunu ödəyib, amma hər dəfə ASAN xidmət mərkəzindən ona pasport verməkdən imtina edərək, DİN-ə müraciət etməyi məsləhət görüblər.
2016-cı ildə belə bir müraciətdən sonra onu Xətai rayon polis idarəsinin 37-ci polis bölməsinə aparıblar və xəbərdarlıq edərək, iki saat sonra buraxıblar.
Gülalıyev hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar DİN başçısı Ramil Usubova müraciət edib.
Fəal qeyd edib ki, sonuncu dəfə bu idarəyə müraciət edir və nəticəsi olmasa, məhkəməyə müraciət edəcək, işi Avropa İnsan Hüquqları Məhkəməsinə qədər aparacaq. Hüquq müdafiəçisi hesab edir ki, onu qəsdən girov kimi ölkədə saxlayırlar. -06D-
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz