ADR Hərəkatı öz fəalının həbsinin siyasi motivli olduğunu hesab edir
Bakı/27.12.17/Turan: Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Qazax rayon təşkilatının sədri Nizami Haqverdiyev (Qaraoğlu) aliment ödəməmək ittihamı ilə 15 gün müddətinə həbs edilib.
Amma ADR Hərəkatı ittihamı əsassız hesab edir.
"Məsələ ondadır ki, N.Qaraoğlunu çoxdan idi ki, təqib edirdilər, bu da onun Hərəkatdakı aktiv siyasi fəaliyyətilə bağlı idi", deyə ADR Hərəkatının sədr müavini Ədalət Yusubov Turan-a bildirib.
Onun sözlərinə görə, Qaraoğlu maddi çətinlikləri ilə əlaqədar bu ilin iyul-sentyabr aylarında qazanc üçün Türkiyədə olub. Qayıtdıqda həyat yoldaşını və uşağını evdə görməyib. Məlum olub ki, onlar qaynının evinə sığınıblar.
"Qaraoğlu boşanmasa da, onun üzərinə aliment ödəmək öhdəliyi qoyublar, özünə isə bu barədə məlumat verməyiblər. Dekabrın 20-də məhkəmə icraçıları onu Qazax rayon məhkəməsinə çağırıblar və oradaca aliment ödəməmək ittihamı ilə 15 gün müddətinə inzibati həbs cəzası veriblər", deyə Yusubov qeyd edib.
ADR Hərəkatı Qaraoğlunun həbsinin siyasi motivli olduğunu hesab edir.
ADR Hərəkatı 2014-cü ilin dekabrında Müsavat Partiyasını tərk edən bir qrup fəal tərəfindən yaradılıb. Təşkilata məşhur iqtisadçı ekspert Qubad İbadoğlu rəhbərlik edir. -05B06-
-
- Cəmiyyət
- 27 Dekabr 2017 15:58
-
- İqtisadiyyat
- 27 Dekabr 2017 16:12
Cəmiyyət
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
Rəy yaz