Qanunsuz miqrasiya ilə məşğul olan Hindistan vətəndaşları saxlanılıb
Bakı/27.12.17/Turan: Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları Azərbaycan-Gürcüstan sərhədində qeyri-leqal miqrasiya ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirib.
DSX-nin Mətbuat Mərkəzinin məlumatına görə, dekabrın 17-də Ağstafa rayonunun Sadıxlı kəndi (Bakıdan 442 kilometr qərb) ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Hindistan vətəndaşı - Shukla Sarkhar Jitendrakumar və Shukla Yash Jitendrakumar saxlanılıb.
Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziyə gətirmiş taksi sürücüsü və bir qrup Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən keçirilməsinə bələdçilik edən Samir Bayramov yaxalanıb.
Bununla yanaşı, dekabrın 17-də Ağstafa rayonu "Böyük-Kəsik" sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Gürcüstana keçərkən Hindistan vətəndaşı Singh Sukhvinder şübhəli şəxs qismində saxlanılıb, əşyalarına baxış zamanı üzərindən iki nəfər Pakistan və iki nəfər Hindistan vətəndaşına məxsus pasportlar aşkar olunub. Aparılmış araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-leqal miqrasiya ilə məşğul olması müəyyənləşdirilib.
Hazırda hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. -03D-
-
- İqtisadiyyat
- 27 Dekabr 2017 16:12
-
- Cəmiyyət
- 27 Dekabr 2017 17:09
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz