Тале Багирзаде

Тале Багирзаде

Bakı/27.12.17/Turan: "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadəyə qarşı irəli sürülmüş yeni ittihamla o, kiçik yaddaş kartını qanunsuz saxlamaqda ittiham olunur, istintaq bu kartı batıcı-kəsici alət kimi qiymətləndirir.

Bu barədə Bağırzadənin doğmaları bildiriblər.

İyulun 28-də 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Bağırzadə Qobustan həbsxanasına köçürülüb. Geri qayıtdıqda onun üzərində axtarış keçirilib və 7 mini-kart tapılıb. Bağırzadə dərhal karserə salınıb, kartlar isə ekspertizaya göndərilib. Bu kartlarda dini mahnılar var idi.

Ekspertiza kartlarda qadağan edilmiş məzmun aşkar etməsə də, istintaq onların saxlanmasını qanun pozuntusu kimi qiymətləndirib. Bağırzadəyə qarşı CM-in 317-2-ci (həbs yerlərində saxlanması qadağan edilən əşyaların saxlanması və hazırlanması) maddəsi ilə yeni cinayət işi açılıb.

* Taleh Bağırzadə noyabrın 26-da DİN-in Nardaran qəsəbəsində həyata keçirdiyi xüsusi əməliyyat zamanı onlarla tərəfdarı ilə birlikdə saxlanılıb.

Sonradan Bağırzadə hakimiyyəti ələ keçirmək və mövcud quruluşu dəyişdirmək ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. -06B-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti