Sankt-Peterburqda azərbaycanlı avtobus sürücüsünə hücum etməkdə ittiham olunub
Bakı/27.12.17/Turan: Peterburqda yol münaqişəsindən sonra uşaqları daşıyan avtobusun sürücüsünü az qala kəsən Əlizadə Mustafayev saxlanılıb.
Kiçik uşaqların gözü qarşısında Mustafayev kiçik mübahisədən sonra rəqibini bıçaqlamağa çalışıb. Avtobus sürücüsünü döyməkdə ona Range Rover markalı avtomobilindəki sərnişin, birlikdə yaşadığı Zülfiyyə Səidmuradova fəal şəkildə kömək edib, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Dekabrın 27-nə keçən gecə Mustafayev özü polisə təslim olub. Səidmuradovaya gəlincə, hələlik onu tapa bilmirlər.
Rusiya İstintaq Komitəsinin Mustafayevin saxlanması ilə bağlı məlumatında onun barəsində artıq iki maddə ilə cinayət işi açıldığı bildirilir: "qətlə təşəbbüs" (RF CM-in 105-ci maddəsinin 1-ci hissəsinin 30-cu maddəsinin 3-cü hissəsi) və "xuliqanlıq" (RF CM-in 213-cü maddəsinin 1-ci hissəsinin "a" bəndi).
Yaxın günlərdə müstəntiqlər saxlanılan şəxs barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə müraciət etməlidirlər.
Mustafayevlə avtobus sürücüsü arasındakı münaqişəyə nəyin səbəb olduğu açıqlanmır. -02D-
-
- Cəmiyyət
- 28 Dekabr 2017 10:32
Cəmiyyət
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Rəy yaz