Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Media-icmal 28.12.17

Media-icmal 28.12.17
Cəmiyyət 


2017 Dekabr 28 ( Çərşənbə )  10:32:25
Çap versiyası
English Русский 

Ölkədə kiçik və orta sahibkarlığın inkişafı, minimum əməkhaqqının dəyəri, məmur maaşları ilə vətəndaşların maaşları arasında kəskin fərqlər bugünkü (28 dekabr, 2017-ci il) medianın aparıcı mövzularındandır.

Kiçik və orta sahibkarlığa dövlət dəstəyi

"Azərbaycan" qəzeti "Kiçik və orta sahibkarlığa dövlət dəstəyi davam edir" sərlövhəli məqalədə ölkədə sahibkarlığın inkişafını dəyərləndirir.

Müəllif deyir ki, bazar iqtisadiyyatı şəraitində özəl sektor və sahibkarlığın inkişafı olmadan iqtisadi yüksəlişi təmin etmək mümkünsüzdür, odur ki, keçmiş prezident Heydər Əliyev bu sahənin inkişafını təmin etdi: "Ümummilli lider qarşıya qoyduğu məqsədə çatmaq üçün 1993-2000-ci illəri əhatə edən iki Dövlət Proqramını təsdiq etdi. Həmin proqramlar ölkədə sahibkarlığın inkişafına təkan verdi, özəl sektorun inkişafının qanunla tənzimlənməsinə imkan yaratdı".

Bu xətti indiki prezident İlham Əliyevin davam etdirdiyini deyən müəllif sektor və sahibkarlığın inkişafına xüsusi diqqət yetirildiyini vurğulayır: "Yerli istehsalın və sahibkarlığın stimullaşdırılması üçün bir sıra vergi güzəştlərinin tətbiqi, sahibkarlara güzəştli şərtlərlə kredit verilməsi və s. bu diqqətin nəticəsidir".

Müəllif vurğulayır ki, sahibkarlıq sistemində isə kiçik və orta sahibkarlıq iqtisadiyyatın inkişafında aparıcı yer tutur və bu reallıqdan irəli gələrək bu sahibkarlıq kateqoriyaları daha sürətlə inkişaf etdirilir.

Məqalə müəllifi deyir ki, ölkədə kiçik və orta təbəqə sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində imkanlar yaradılır, sənədləşmə, dövlət qeydiyyatına alınmadakı süründürməçilik aradan qaldırılır, qanunvericilik səviyyəsində iş adamlarının maraqlarını nəzərə alan qanunlar qəbul edilir.

Müəllif bu sahənin inkişaf etməsini prezident İlham Əliyevdən sitat gətirməklə daha da qüvvətləndirir: "Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorunda. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür...".

Müəllif bu sahədə yoxlamaların daha iki il müddətinə dayandırılmasının özünü də sahibkarlığın inkişafına xidmət kimi dəyərləndirir.

Müəllif rəmsi statistikaya istinadən deyir ki, bu il kiçik və orta sahibkarlıq subyektləri 7,7% artaraq 2017-ci il oktyabrın 1-nə 115651 həddinə çatıb və yeni yaradılan müəssisələrin 81,2 faizi kiçik və orta sahibkarlara məxsus olub.

Müəllif deyir ki, hesabat dövründə fərdi sahibkarların 29,3 faizi Bakıda, 20 faizi isə Aran iqtisadi zonasında qeydiyyata alınıb.

Müəllif bu müəssisələrin sayında Bakı ilə bölgələr araslnda elə ciddi fərqin olmamasını regionların inkişafı ilə bağlı həyata keçirilən siyasətin nəticəsi sayır.

Saatı 81 qəpiyə bərabər olan minimum əməkhaqqı

"Azadlıqinfo.az" saytı "Minimum əməkhaqqına görə Çad da Azərbaycanı qabaqlayır" sərlövhəli məqalədə tanınmış iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verib.

Q.İbadoğlu 2018-ci il üçün Azərbaycanda minimum əməkhaqqının aylıq məbləğinin 130 manat həcmində təyin edildiyini, bunun da 76 dollara və ya 64 avroya bərabər olduğunu bildirir: "Azərbaycanda minimum əməkhaqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əməkhaqqı səviyyəsindədir".

Q.İbadoğlu bu məbləği aylıq 160 iş saatına bölməklə deyir ki, Azərbaycanda minimum əməkhaqqının bir saatlıq həcmi 81 qəpiyə, 47 sentə və ya avro ifadəsində 40 sentə bərabərdir.

İqtisadçı dünyanın müxtəlif ölkələrində minimum əməkhaqqı saatı ilə bağlı məbləğləri göstərir və bunların hamısı müqayisədə Azərbaycandakı məbləği 3 dəfədən 30 dəfəyə qədər üstələyir. Hətta Çad kimi Afrika dövlətində minimum əməkhaqqının saatı 1dollardan yuxarıdır.

İqtisadçı vurğulayır ki, Azərbaycanla bərabər start vəziyyətində bazar iqtisadiyyatına keçid dövrünə başlayan və hazırda Avropa Birliyinin üzvü olan ölkələrin çoxunda minimum əməkhaqqı 235-470 avro arasında dəyişir: "Bu, Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur".

Q.İbadoğlu vurğulayır ki, Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının 24,7%-ini təşkil edir, Avropa Birliyinin əksər ölkələrində bu nisbət 40 faizdən yuxarıdır, bir sıra ölkələr var ki, onlarda daha yüksək həddədir.

İqtisadçı deyir ki, neftlə zəngin olan Azərbaycanda orta aylıq əməkhaqqı
262 dollar təşkil təşkil etdiyi halda resurslar baximindan kasıb Gürcüstanda orta aylıq əməkhaqqı 350 avroya bərabərdir.

Kimisinə 300 manat, kimisinə 3000

"Novoye Vremya" qəzetində isə "Kasıb deputatlar"ın maaşlarını artırdılar" sərlövhəli məqalə oxumaq olar.

Müəllif deputatların maaşlarının artırılmasını müzakirə edir və bildirir ki, 2018-ci il üçün Milli Məclisin xərcləri 25 milyon 432 min manat həcmində müəyyən edilib, bu isə büdcə layihəsində nəzərdə tutulandan 1, 2 milyon manat çoxdur: "Belə çıxır ki, hər halda deputatlar gəlirlərinin artırılmasına nail oldular və maaşlarına daha 800 manat əlavə edildi".

Müəllif məqaləsində xatırladır ki, deputatların imtiyazları var, təhlükəsizliklərindən müayinələrinə qədər, mənzillə təminatlarına kimi bütün xərclər dövlət tərəfindən qarşılanır, pensiyaya çıxdıqda isə maaşlarının 80%-i qədər pensiya ilə təmin edilirlər.

Müəllif deyir ki, hazırda deputatların maaşları 3 min manata yaxındır və bununla birgə xatırladır ki, ölkədə minimum maaş ancaq bu günlərdə 14 manat artırılaraq 116 manatdan 130 manata qaldırılıb və əmək fəaliyyətini davam etdirən pensiyaçılardan gəlir vergisi tutulur. "Yəqin, kimsə yuxarıda bu qərara gəlib ki, əgər pensiyaçı pensiya qarışıq 300 manatdan çox gəlirə malikdirsə, bu, onun üçün çoxdur, amma deputat üçün aylıq 3 min manat maaş çox deyil".

Müəllif deyir ki, deputat xoşbəxtliyinin atributları olan brend saatlarının, çantalarının adlarını oxuyan deputatlar xalqın aldığı maaş barədə düşünürlər ya yox?

Müəllif əlavə edir ki, həmin brend saat və ya çantanın qiyməti pensiyaçının bütün il ərzində aldığı maaşın həcmindən dəfələrlə yüksəkdir.

Məqalə müəllifi deputatların öz həyatlarında nəyisə dəyişmək imkanları olmasını nəzərə çatdırır və bunu simvolik olaraq belə izah edir ki, xaricə kurorta getmək üçün maliyyə lazım idi, yığışdılar və maaşlarını artırdılar.

Yazı müəllifi vurğulayır ki, sonra düşündülər və vergiləri də artırdılar, amma özləri üçün yox, xalq üçün.