Taleh Bağırova
Taleh Bağırova qarşı yeni cinayət işinin istintaqı tamamlanıb
Bakı/28.12.17/Tutran: Dekabrın 27-də Qobustan qapalı həbsxanasında saxlanılan "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırova yeni ittiham elan edilib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
O, dünən Taleh Bağırovla görüşüb.
"Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi tərəfindən mənim iştirakımla ona Cinayət Məcəlləsinin 317-2.1 maddəsi ilə ittiham elan edildi. İttihama görə, 2017-ci il iyulun 31-də onun üzərindən yeddi ədəd "microSD" tipli yaddaş kartları aşkar edilib. Keçirilmiş ekspertizalar həmin kartlarda Qurani Kərim, Quranın təsviri və başqa məlumatların olmasını göstərib, vəkil qeyd edib.
C.Cavadovun fikrincə, həmin kartlarda qadağan olunmuş hər hansı məlumatlar olmayıb.
"Taleh Bağırov özünü təqsirli bilmir, ittihamı qəbul etmir və ifadə verməkdən imtina edir. İfadəni məhkəmədə verəcəyini bildirir. Bu səbəbdən həmin ittihama onun münasibəti ilə bağlı bundan artıq məlumat verə bilmirəm".
Vəkil deyib ki, cinayət işinin istintaqı tamamlanıb və iş materialları ilə tanışlıq mərhələsidir.
Vəkil dekabrın 27-də həmçinin Qobustan həbsxanaısnda Abbas Hüseynov və Mövsüm Səmədovla görüşüb. "Səhhətləri yaxşıdır", o qeyd edib.
Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.-03B-
-
- Analitika
- 28 Dekabr 2017 11:14
-
- İqtisadiyyat
- 28 Dekabr 2017 11:18
Cəmiyyət
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
Rəy yaz