İtkin düşən alpinistlərin axtarışı nəticə verməyib
Bakı/28.12.17/Turan: Dekabrın 23-də Quba rayonunda itkin düşən alpinistlərin axtarışı nəticə verməyib.
"Gilavar" hava və ekstremal idman növləri klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadov dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən çıxaraq Tufandağa gediblər.
Axtarış işlərinə üç gündən sonra, FHN-ə alpinistlərin yoxa çıxması barədə məlumat daxil olduqdan sonra başlanılıb.
Axtarışa FHN-in aviasiya dəstəsinin "Mi-17" helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə cəlb olunub.
Bununla yanaşı FHN könüllü axtarış qruplarının yaradılması üçün sosial şəbəkələrdəki çağırşlarla bağlı xəbərdarlıq edib. Nazirlik axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını, eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edib ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir. 16D-
-
- İqtisadiyyat
- 28 Dekabr 2017 11:26
-
- Maliyyə
- 28 Dekabr 2017 12:18
Cəmiyyət
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
-
Azərbaycan səhiyyə sahəsində əhəmiyyətli bir addım atmağa hazırdır, belə ki, gələn ildən onkoloji xəstəliklərin müalicəsini icbari tibbi sığorta sisteminə daxil etməyi planlaşdırır.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti meteoroloji hadisələr haqqında təxminlərdə rəng şkalasından istifadə edəcək. Bu barədə qurumun nümayəndələrinin bugünki mətbuat konfransında bildirilib.
-
Azərbaycanda bu il iki seçkinin keçiriləcəyi gözlənilir. Söhbət həm parlament, həm də bələdiyyə seçkilərindən gedir. Bələdiyyə seçkilərinin öz vaxtı elə bu ildir. Azərbaycanda sonuncu parlament seçkiləri isə dörd il əvvəl növbədənkənar (altı ay vaxtından əvvəl) keçirilib. Bu, hakim düşərgədə "islahatların sürətləndirilməsi" istəyi ilə izah edilib. Hərçənd, bəzi müxalifət partiyaları onu "seçkinin tez-tələsik saxtalaşdırılması" adlandırıb. Azərbaycanda parlament seçkiləri, qanunvericiliyə əsasən, beş ildən bir keçirilməlidir.
Rəy yaz