�Nardaran işi-2� üzrə hökm oxunub
Bakı/28.12.17/Turan: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi-2" üzrə müttəhimlərə hökm oxunub.
Xatırladaq ki, iş üzrə "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və 11 dindar keçir.
E.Qasımov 2015-ci il noyabrın 5-də inzibati qaydada həbs edilib. Nardaranda "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadəyə və onun tərəfdarlarından ibarət qrupa qarşı xüsusi əməliyyatdan sonra onu hakimiyyəti ələ keçirməyə cəhddə, terrorizm, kütləvi iğtişaşların hazırlanması, narkotik maddələrin qanunsuz dövriyyəsi və digər ağır cinayətlərdə ittiham ediblər.
İş üzrə keçən digər şəxslər də analoji ittihamlarla həbs olunublar.
Müttəhimlərin hamısı "Müsəlman Birliyi" Hərəkatının üzvləridir.
Bu gün məhkəmə Elçin Qasımovu, Ağəli Yəhyayevi 15 il azadlıqdan məhrum edib. Ramil Əliyev 14 il, Nahid Qəhrəmanov 13 il həbs cəzası alıblar. Elgün Axundov, İsa İbrahimov, Vüsal Alış, Fərhad Muradov hər biri 12,5 il azadlıqdan məhrum edilib.
Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahbazov və Əmirəli Əliyev 12 il, 3 ay müddətinə həbs cəzası alıblar.
Müttəhimlər onlara qarşı irəli sürülən ittihamları rədd ediblər və bildiriblər ki, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində etirafedici ifadə vermələri üçün işgəncələrə məruz qalıblar.
Vəkillər ibtidai istintaq zamanı və məhkəmə prosesində çoxsaylı pozuntuların olduğunu bildiriblər.
Qeyd edək ki, Nardaran hadisələri üzrə 18 və 12 nəfərdən ibarət iki böyük qrup ("Nardaran işi-1" və "Nardaran işi-2") ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunaraq uzun müddətə həbs cəzası alıb.
50-yə yaxın adam narkotik maddənin qanunsuz dövriyyəsi və ictimai asayişin pozulması ittihamı ilə 2 ildən 6 ilədək mühakimə olunub.
Yerli hüquq-müdafiəçiləri Nardaran hadisələri ilə bağlı həbs edilənləri siyasi məhbuslar kimi tanıyıblar. -03B06--
-
- Maliyyə
- 28 Dekabr 2017 12:18
Cəmiyyət
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
-
Aprelin 20-də Bakıda və Abşeronda hava dəyişkən və yağıntısız olacaq. Gündüz havanın temperaturu müsbət 24+29 dərəcəyə yüksələcək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sinoptikləri bildiriblər.
-
BİQ-in məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsini və fövqəladə hallara çevik reaksiya verilməsini təmin etməkdir Ölkənin lider mobil operatoru Azercell qürur hissi ilə yeni BİQ - Böhran İdarəetmə Qrupu layihəsini elan edir. “Dayanıqlı rabitə, təhlükəsiz həyat!” şüarı altında həyata keçirilən layihənin məqsədi böhran zamanı ölkədə rabitə infrastrukturunun dayanıqlığının təmin edilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi, bərpa müddətinin maksimum qısaldılması, ölkə əhəmiyyətli tədbirlərdə etibarlı rabitənin təmin edilməsidir.
Rusiya sülhməramlıları niyə gəlmişdi, niyə getdi? – Şücaət Əhmədzadə Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Siyasət,
- 13:03
- 270
Rəy yaz