Əfqan Muxtarlı
Əfqan Muxtarlının məhkəməsində üç şahid ifadə verib
Bakı/28.12.17/Turan: Dekabrın 28-də Balakən Rayon Məhkəməsində (Bakıdan 441 kilometr şimal-qərb) jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdirilib.
Gürcüstanda oturum izni alan jurnalist Ə.Muxtarlı mayın 29-da Tbilisinin mərkəzindən müəmmalı şəkildə Azərbaycana gətirilib. Muxtarlının sözlərinə görə, Gürcüstanın kriminal polis işçiləri Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə onu oğurlayıb.
Sərhəddən keçərkən onun cibinə 10 min avro qoyublar və qaçaqmalçılıqda ittiham ediblər.
Ertəsi gün Ə.Muxtarlı Bakıya gətirilib. Məhkəmə onu Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham edərək həbs edib: 315 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 318.1 (sərhədi qanunsuz keçmək) və 206.1 (qaçaqmalçılıq).
Vəkil Nemət Kərimli "Amerikanın Səsi"nə müsahibəsində bildirib ki, bugünki məhkəmə iclasında üç şahid dindirilib.
"Bu gün şahidlərdən Qoşqar Muradov, Azər Bayramlı və Dövlət Xanbabayev dindirildi. Şahidlərdən birini Əfqan Muxtarlı tanıdı və dedi ki, bu şəxs onu sərhədin Gürcüstan hissəsində gürcülərdən təhvil alıb. Muxtarlı dedi ki, həmin şəxs onu təhvil alan kimi zəng edərək rəhbərliyinə bildirib ki, "molla bizdədir, molla ilə yasa gəlirik". Jurnalist həmin şahidin insan oğurluğu ittihamı ilə istintaqa cəlb edilməsi barədə Baş Prokurorluğa müraciət edilməsi barədə vəsatət verdi. Lakin məhkəmə vəsatəti təmin etmədi", deyə vəkil qeyd edib.
Digər şahidlər Əfqan Muxtarlıdan pul götürüldüyünü desələr də, pulun dollar və ya avro olduğunu bilməyiblər.
"Hətta şahidlər avronun hansı rəngdə olduğunu, üzərində hansı işarənin olduğunu deyə bilməyib", deyə vəkil qeyd edib.
Əfqan Muxtarlı eyni zamanda bir daha bəyan edib ki, ona qarşı irəli sürülən ittihamlar saxtadır və siyasi sifarişdir.
Məhkəmə yanvarın 5-də davam etdiriləcək.-03B-
-
- Siyasət
- 28 Dekabr 2017 15:31
Cəmiyyət
-
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.
-
2024-cü ilin ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 faiz artaraq 10187539 nəfərə çatıb. Bu barədə Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
-
Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, cümə günü, aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 27 dərəcəyə qədər isti olacaq.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bununla bağlı yayılan məlumatı təsdiqləyib. O, "Interfax" agentliyinin sualına "Bəli, bu, həqiqətən də belədir" deyib.
Rəy yaz