Son yenilənmə

(28 d. əvvəl)
�Türkel TV� respublika miqyaslı telekanal oldu

Bakı/28.12.17/Turan: Dekabrın 28-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Bu haqda MTRŞ-nin açıqlamasında deyilir.

İclasda Milli Televiziya və Radio Şurasının 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) "Türkel TV" MMC-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

Adı çəkilən lisenziyanı ala bilmək üçün bu il noyabrın 16-dan dekabrın 16-na kimi davam etmiş müsabiqəyə "Türkel TV" MMC ilə yanaşı, "BAKU ART LAB" MMC, "MEDİA MASTER" MMC də qatılıblar.

MTRŞ-nin açıqlamasına görə, "Türkel TV" diigər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olduğu üçün qalib elan olunub.

İclasda həmçinin 2018-ci il yanvarın 1-dən "AzTV" və "Mədəniyyət TV" kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.

Xatırladaq ki, ölkədə bütünlükdə 20-yə yaxın ümuymrespublika və regional telekanallar fəaliyyət göstərir və 2016-cı ildən isə bütünlüklə telekanallar rəqəmsal yayıma keçiblər.--0--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti