Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Daha bir publik-hüquqi şəxs yaradılıb
Cəmiyyət 


2017 Dekabr 28 ( Cümə axşamı )  18:11:52
Çap versiyası

Bakı/28.12.17/Turan: Prezident İlham Əliyev kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqda fərman imzalayıb. Sənəd "Prezident.az" saytında yer alır.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu "Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi" yaradılıb.

"Agentlik ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxs olacaq", deyə fərmanda qeyd edilir.

Qurumda Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılması da nəzərdə tutur.

Müşahidə Şurası iqtisadiyyat nazirindən, maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Prezident ASAN-xidmət sədr müavinindən, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılacaq. Şuranın sədri iqtisadiyyat naziridir.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirəcək. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, prezidentlə razılaşdırmaqla, iqtisadiyyat naziri həyata keçirəcək.

Publik hüquqi şəxsin fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda publik-hüquqi şəxslərin yaradılmasına 2016-cı ildən start verilib və bu sahədə ilk belə publik-hüquqi şəxs Maliyyə Bazarlarına Nəzarət Palatasıdır.--0--