Талех Багирзаде
Taleh Bağırzadənin kassasiya şikayətinə fevralın 22-də baxılacaq
Bakı/29.12.17/Turan: Ali Məhkəmədə "Müsəlman Birliyi" Hərəkatının sədri, həbsdə olan Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin kassasiya şikayətinə baxılması fevralın 22-nə təyin olunub.
Kassasiya şikayətinə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
"Müsəlman Birliyi Hərəkatının" rəhbəri T.Bağırzadə və digər 17 nəfər 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələrlə ittiham olunur.-16D-
Cəmiyyət
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
-
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzərin Azərbaycan sektorunda dövlət sərhədini pozan İrana məxsus qayığı saxlayıb, bu barədə bu qurumun 22 aprel tarixli məlumatında deyilir.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov 5 gündür quru aclığı davam etdirir. Bu barədə aprelin 22-də Elnur Həsənovla telefon danışığından sonra AXCP-dən Turan-a bildiriblər.
Rəy yaz