Rəhim Qazıyev həbsdən buraxıldı
Bakı/29.12.17/Turan: Keçmiş müdafiə naziri Rəhim Qazıyev həbsdən buraxıldı. Dekabrın 29-da Bakı Apellyasiya Məhkəməsində Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.
Qərara əsasən, R.Qazıyevə 10 sutka inzibati həbs cəzası verilməsi haqda Nərimanov Rayon Məhkəməsinin 26 dekabrda çıxardığı qərar qismən dəyişdirilib. Cəza 100 manat cərimə ilə əvəzlənib. Sabiq nazirin həbsdə saxlandığı 5 günün hər biri 20 manatdan hesablanıb və o, pul cəzasından da azad edilib.
Məhkəməni izləməyə gələnlərin heç biri prosesə buraxılmayıb. Bildirilib ki, hakim belə bir göstəriş verib.
Sabiq nazirin vəkili Zibeydə Sadıqova AzadlıqRadiosu-na bildirib ki, apellyasiya şikayətində R.Qazıyev haqqında Nərimanov rayon Məhkəməsinin çıxardığı qərarın bəraətverici əsaslarla ləğv olunmasını istəyirdilər. Çünki R.Qazıyev həmin qərarda göstərilən inzibati xətanı törətməyib, orada yazılanlar yalandır. Amma məhkəmə şikayəti təmin etməyib.
Vəkil məhkəmədə qanunvericiliyin 65 yaşdan yuxarı şəxslərə inzibati həbs cəzası verilməsini qadağan edən tələbini də diqqətə çatdırıb.
Sabiq nazir bu məsələdə bəraət almaqda israrlıdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qərarını əldə edəndən sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək.-0-
-
- İqtisadiyyat
- 29 Dekabr 2017 13:47
-
- Söz istəyirəm
- 29 Dekabr 2017 22:19
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz