Hüquq müdafiəçi DİN-də olub
Bakı/30.12.17/Turan: Hüquq müdafiəçisi, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oktay Gülalıyev bu gün, dekabrın 29-u Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində olub.
Bu haqda onun özü məlumat verib.
O.Gülalıyevin sözlərinə görə, DİN-ə dəvət edilməsi bu quruma müraciəti ilə bağlı olub. Hüquq müdafiəçisi deyir ki, ona indiyə qədər pasport verilməyib. Artıq, 6-cı ildir ki, ölkədən buraxılmır. Müraciətində DİN-dən gərəkli addımların atılmasını xahiş edib.
"Doğrusu deyim ki, müraciətimə belə tez reaksiya verəcəklərini gözləmirdim. Ehtiram və hörmətlə qarşıladılar. İdarənin məsul şəxsləri mənimlə görüşdü. Bildirdilər ki, müraciətimlə bağlı olaraq rəhbərliyin göstərişi ilə araşdırma aparılır və yanvarın 5-dək cavab veriləcək", - hüquq müdafiəçisi bildirib.
O.Gülalıyev 2012-ci il aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutka həbs cəzası alıb. Həmin ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb. Sabirabad Rayon Məhkəməsi O.Gülalıyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Aprelin 20-də onu Bakıya - 3 saylı Şüvəlan İstintaq Təcridxanasına gətiriblər. İyunun 13-də isə azadlığa buraxılıb. O.Gülalıyevin bildirməsinə görə, azadlığa buraxılsa da, uzun müddət cinayət işi ləğv edilməyib.-0-
-
- Cəmiyyət
- 29 Dekabr 2017 23:19
-
- Söz istəyirəm
- 30 Dekabr 2017 12:35
Cəmiyyət
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
-
Azərbaycanın neftlə zəngin tarixinin salnaməsində Vitold Zqlenitskinin adı bəlkə də dərhal yada düşmür, lakin 19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafına verdiyi töhfə dərin və qalıcıdır. Aprelin 22-də Polşanın Azərbaycandakı səfirliyi Zqlenitski irsini onun həyatından ətraflı bəhs edən kitabın təqdimatı ilə qeyd etdiyi üçün suallar yaranır ki, niyə bu görkəmli şəxsiyyət Bakı küçələrində və abidələrində diqqətdən kənarda qalır.
Rəy yaz