Hirkan Milli Parkı
realnewsinfo.com Mətbuat Şurasını ifşa edir
Bakı/31.12.17/Turan: 2017-ci il yekunlaşarkən Mətbuat Şurasının İdarə Heyəti ilə bağlı növbəti qalmaqal yaranıb. Bu, sosial şəbəkələrdə növbəti müzakirə və qınaq predmetinə çevrilib.
Qalmaqalın predmeti Mətbuat Şurasının şikayətlər komissiyasının "Hirkan" Milli Parkının direktoru Azər Mirzəyevin realnewsinfo.com saytının baş redaktoru Emin Ramazanova qarşı şikayəti ilə bağlı dinləmənin audioyazısı olub.
Bu il dekabrın 14-də saytda dərc edilmiş "Hirkan Milli Parkının rəhbəri Azər Mirzəyevin (Haqq) "pərdəarxası oyunları"" http://realnewsinfo.com/hadis/736-hirkan-milli-parknn-rhbrinin-prdarxas-oyunlar.html sərlövhəli məqalədə təbiəti mühafizə zonasında meşənin məhv edilməsi ittihamı yer alır, habelə qadının döyülməsi və jurnalistin ələ alınması faktlarından danışılır. Burada dəlil kimi foto və videomateriallar yerləşdirilib.
MŞ-də dinləmələrin audioyazısı jurnalist tərəfindən gizlicə aparılıb və o, dinləyiciləri MŞ-nin KİV-lə qarşılıqlı münasibətlər məsələsinə yanaşması və şikayətçi və jurnalist arasında mübahisənin nizamlanması özünə məhsus prinsipləri ilə tanış edir.
Qeyd etmək lazımdır ki, dinləmələr jurnalistə təzyiqlə başlayır: haraya gəldiyini bilib-bilmədiyi, MŞ-nin əhəmiyyəti, jurnalist üzr istəməzsə və təqsirini boynuna almazsa, baxılan şikayətin hüquq-mühafizə orqanlarına göndərilməsi təhdidi və s. Redaktora təzyiq bütün iclas boyu davam edir.
MŞ İdarə Heyətinin üzvləri jurnalistə Azərbaycan jurnalistinin Peşə Davranışı Qaydalarının dörd prinsipinin pozulduğu barədə xəbərdarlıq edib. Bu zaman yalnız Birinci prinsipi - "Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" prinsipini - onun qarşı tərəfin nöqteyi-nəzərini təqdim etmədiyini qeyd edib. Bununla razılaşmaq olar, çünki materialda həqiqətən qarşı tərəfin fikri yox idi.
Amma dinləmələrin gedişatından görünür ki, tərəflərin iştirakı ilə təhqiqatdan əvvəl məqalənin ətraflı ekspertizası keçirilməyib - ekspert rəyi təqdim edilməyib və onun haqqında söhbət getməyib.
Komissiya, birinci növbədə, həqiqəti - jurnalistə qarşı ittihamların əsaslı olub-olmadığını üzə çıxarmaq üçün tərəflərin fikrini dinləməli idi. Komissiya üzvləri açıq-aşkar bundan yayınaraq, yazdıqlarından imtina etməsi üçün jurnalistə təzyiq göstəriblər.
İkincisi, komissiya peşə normalarının pozulması barədə nəsihət deyil, tövsiyə xarakterli danışmalı idi.
Onu həmçinin saytı bloklanan və barəsində hüquq-mühafizə orqanlarına şikayət verilən Realliq.info saytının redaktoru İkram Rəhimovun taleyinin gözlədiyi ilə hədələyiblər.
Son nəticədə dinləmələrdən sonra MŞ İdarə Heyəti üzvlərindən birinin hamının gözü önündə Emin Ramazanova rüşvət qəbul etdirməyə çalışıb. İdarə Heyəti üzvünün hansı marağa xidmət etdiyi və onun kimin marağını təmsil etdiyi dinləmədə aparılmış audioyazıdan aydınlıq qətirə bilir. https://drive.google.com/file/d/1M9yMCrmEKFKrsNY7YNdinycjN1Jpa6kt/view
-
- Dünyada
- 1 Yanvar 2018 02:34
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Avropa Parlamentinin qətnaməsi niyə qərəzli adlandırılır? - Bəşir Süleymanlı Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Cəmiyyət,
- 16:09
- 343
Rəy yaz