İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verən və bu sahədə son illərdə bir sıra yeniliklərə imza atan Azercell Telekom MMC daha bir layihəyə başlayıb. Artıq bir müddətdir ki, şirkət Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimlərə start verib. Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlığı çərçivəsində şirkət əvvəl Bakı şəhəri 6 saylı orta məktəbdə "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirib. Qeyd edək ki, 2014-cü ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) yerli müəllimlər, məktəb liderləri və digər təhsil işçilərinə müasir tədris üsulları barədə təlimlər keçir, tədrisin bütün sahələrinə yönələn konfrans və tədbirlər təşkil edir.
Proqram ilk növbədə texnologiyadan "qaça" bilməyəcəyimiz gerçəkliyini vurğulasa da, bu reallıqda şagirdlər, məktəblər və ailələri gözləyən təhlükələr, bu təhlükələrin qarşısının alınması və ya problemlərin aradan qaldırılması yolları, şagirdlərin internetdən təhlükəsiz istifadəsi üçün praktik məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi çox önəmli məsələlərə toxunaraq, müasir şagird, müəllim və valideynin ən çox ehtiyac duyduğu və məsləhət almaq istədiyi mövzuları işıqlandırıb. 12-16 dekabr tarixlərində baş tutan təlimlərə sonuncu gündə valideynlər də qatılıblar. Növbəti təlim 189-190 nömrəli məktəbdə planlaşdırılıb. Məlumat üçün bildirək ki, gələn ildən başlayaraq bu təlimlər regionlarda da keçiriləcək.
Qeyd edək ki, Azercell Telekom MMC 2 il bundan əvvəl uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn "Universal Müdafiə" "Android üçün müdafiə" və "Valideyn nəzarəti" xidmətlərinin yer aldığı "Azercell Plus Təhlükəsizlik" proqramını istifadəyə verib.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8%-ni əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də "Opensignal" və "Testmy.net" kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. ®
-
- Cəmiyyət
- 26 Dekabr 2017 11:59
-
- İqtisadiyyat
- 26 Dekabr 2017 12:13
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Rəy yaz