Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Dövlət başçısının köməkçiləri Azərbaycanın növbəti düşmənini tapıblar

Dövlət başçısının köməkçiləri Azərbaycanın növbəti düşmənini tapıblar
Deməyə sözüm var... 


2017 Dekabr 21 ( Cümə axşamı )  11:37:49
Çap versiyası
English Русский 

Bakı/21.12.17/Turan: Dövlət başçısının iki köməkçisi - Əli Həsənov və Novruz Məmmədov ciddi-cəhdlə Britaniyanın Financial Times qəzetinin şəxsində Azərbaycanın növbəti "düşməninin" ifasına keçiblər.

Uzun illərdir yeni versiya uydurmağı öyrənə bilməyən Əli Həsənov və Novruz Məmmədov bildirirlər ki, "Avropa Şurası insan hüquqlarından imtina edir?" sərlövhəli məqalənin "müəyyən xarici anti-Azərbaycan dairələrin çirkin maraqlarına" xidmət edir.

Əli Həsənov Azərbaycan "dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə, stabillik, təhlükəsizlik, tolerantlıq məkanı kimi tanındığı" bir halda Azərbaycan hakimiyyətinin insan hüquqlarının pozulmasında ittiham edilməsinə qəzəblənir.

Bu zaman o, Hollandiyanın ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının sifarişi ilə keçirilən araşdırmasına istinad edir (Qəribədir ki, Həsənov ən pis ifadələrlə tənqid etdiyi Aİ ölkələrinə və "Şərq Tərəfdaşlığı" proqramına birdən-birə hörmət etməyə başlayıb).

Daha ağıllı bir şey uydura bilməyən Həsənov erməni lobbisini "Azərbaycanın nüfuzunu ləkələmək" cəhdində, Financial Times qəzetini isə bu dairələrin əlində "vasitəyə" çevrilməkdə ittiham edir.

Novruz Məmmədova gəlincə, o, yeni bir şey kəşf etməklə "fərqlənib", Financial Times-ı "beynəlxalq münasibətlərin məkrli və qərəzli aktorları kimi aparan mətbuat orqanlarından biri" adlandırıb.

Bunun nə demək olduğunu, yəqin ki, yalnız Məmmədovun dərs dediyi Naxçıvan məktəblərinin şagirdləri izah edə bilər.

Bununla kifayətlənməyən Məmmədov bu dəfə geosiyasi xarakterli növbəti kəşfini ortaya qoyur və Financial Times-ı "bu gün beynəlxalq aləmdə yaranan gərginlikdə məsuliyyəti olan" nəşr adlandırır.

Daha sonra Məmmədov mətbəx dedi-qoduları səviyyəsinə enir ki, onlarla bağlı şərh vermək artıq münasib olmaz. -02D-