Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Metronun

Metronun "Koroğlu" stansiyası yaxınlığında qəza vəziyyəti
Deməyə sözüm var... 


2017 Dekabr 27 ( Çərşənbə )  11:13:35
Çap versiyası
Русский 

"Koroğlu" stansiyası yaxınlığında taksilər və şəxsi sürücülər avtobusların hərəkətinə imkan vermir, sərnişinlərə mane olur və mərkəzi yolda avtomobil axınını çətinləşdirir, həm də bu, yol polisinin və digər məsul şəxslərin gözü önündə baş verir, çünki bu ərazidə videomüşahidə sistemi var.

Bu günlərdə Facebook sosial şəbəkəsində ictimaiyyətin diqqətini növbəti dəfə metronun "Koroğlu" stansiyası yaxınlığındakı vəziyyətə çəkən videoçarx yayılıb. Kadrlarda taksi yığınının avtobus dayanacağına keçidləri tutduğu açıq-aydın görünür. Yaranmış vəziyyətdə avtobuslar yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində qalırlar, sərnişinlər isə öz marşrutlarını birbaşa yoldan keçən maşınların təkərləri altında gözləyirlər.

"Metronun "Koroğlu" stansiyası yaxınlığında biabırçılıqdır. Vəziyyətə heç kim nəzarət etmir", deyə videonun altında qeyd yazılıb. Baş verənləri şəxsən görmək istəyən Turan-ın müxbiri oraya gedib. Burada videomüşahidə kameralarının quraşdırılmasına baxmayaraq, bir sıra taksilər, həqiqətən də, avtobus dayanacağını zəbt ediblər, avtobusların keçməsi üçün yer qoymayıblar, vətəndaşlar isə nəqliyyat vasitəsinə yolun hərəkət hissəsində minməli olurlar.

Baş verənlərə görə məsuliyyət daşıyan dövlət qurumlarına bu ərazidə qəza vəziyyəti yarandığı barədə xəbərdarlıq edirik.

Metronun "Koroğlu", "Nərimanov", "20 Yanvar" stansiyalarının ətrafında "Yol hərəkəti haqqında" qanunun 11-ci maddəsi pozulur. Bu maddədə deyilir ki, "Taksilərin sərnişinləri mindirmək və düşürtmək üçün xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır". Bir neçə il əvvəl Milli Məclis İnzibati Xətalar Məcəlləsinə cəmi bir dəfə xüsusi sürücülərə qarşı tələbləri sərtləşdirən dəyişiklik edib . Taksiçilər isə, əksinə, məsuliyyətdən azad edilib", deyə "Sürücülərin Maarifləndirilməsinə Kömək" İctimai Birliyinin sədri Fazil Məmmədov Turan-ın sorğusuna cavabda bildirib.

Söhbət İnzibati Xətalar Məcəlləsinin dayanma, durma və parketmə qaydalarının pozulması haqqında 158-1-ci maddəsindən gedir. Düzəlişlərdən əvvəl sənəddə taksilərin nəzərdə tutulmayan yerdə park edilməsinə görə cərimə nəzərdə tutulurdu. "Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə 60 manat məbləğində + 4 bal cərimə edilir".

"Düzəlişlərdən sonra cərimə haqqında bir kəlimə belə qalmadı. YHQ-yə əsasən, taksiçilər yalnız 5.14 nişanı ilə işarələnmiş yerlərdə dayana bilərlər, amma İnzibati Xətalar Məcəlləsinə növbəti düzəlişlərdən sonra bu pozuntuya görə cərimə ləğv edilib. Cəzasızlıq özbaşınalığa gətirib çıxarıb", deyə F.Məmmədov bildirib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, vətəndaşlar Baş Yol Polisi İdarəsindən qanuna riayət edilməsini, bu halda isə təqsirkarların məsuliyyətə cəlb edilməsini tələb etmək hüququna malikdirlər.

Bunun üçün elə həmin "Koroğlu" stansiyasının ətrafında baş verənlərin şahidi Baş Yol Polisi İdarəsinə əşyavi dəlillər: tarixi, saatı, ərazi ilə əlaqəsini əks etdirən və nəqliyyat vasitəsinin nömrəsi dəqiq oxunan foto və ya videomateriallar təqdim etməlidir, əks halda dəlilin heç bir qüvvəsi olmayacaq. Fotomateriallar təqdim edildiyi halda avtomobilin nəzərdə tutulmayan yerdə park etməsi və ya dayanması faktının sübutu kimi iki fotoşəkil tələb olunacaq. Taksilərin avtobus dayanacağında və xüsusi olaraq nəzərdə tutulmuş "5.14" nişanı ilə işarələnmiş meydançalardan başqa bir yerdə dayanmaq hüququ yoxdur, avtobuslar "5.12" nişanı ilə işarələnmiş yerlərdə dayanmalıdır.