Arxiv. I.Aliyev & F.Mammadov

Arxiv. I.Aliyev & F.Mammadov

Nazirin vəzifədən kənarlaşdırılması anons proseduru olmadan baş verib. Bir gün əvvəl o, heç nə olmamış kimi müşavifə keçirir və göstəriş verirdi. Bu kənarlaşdırma variantı etibarsızlıq əlamətidir, həmçinin, bütün komanda üzvləri üçün belə bir nəticəyə hazır olmaq barədə siqnaldır. Üç idarənin - milli təhlükəsizlik, rabitə və nəqliyyat nazirliklərinin başçıları artıq buna məruz qalıb. Son üç ildə Məmmədov əvvəlcədən xəbərdarlıq edilmədən vəzifədən kənarlaşdırılan dördüncü nazirdir. Başqa siyasi devrilmə variantları müşahidə olunmayıb.

Mətbuatda nazirin vəzifədən kənarlaşdırılması ilə bağlı iki versiya səslənir:

- 4 mlrd. dolların oğurlanması və ofşor zonalara çıxarılması.

- Vergilərin yığılması üzrə dövlət planının pozulması.

Versiyalar şübhəli görünür, belə ki, Məmmədov öz aktivlərindən daha çox Ailənin aktivləri ilə bağlı əməliyyatlar həyata keçirirdi, həmçinin, çətinliklə də olsa, xəzinənin vergilərlə doldurulması vəzifəsinin öhdəsindən gəlirdi.

Məmmədov hələ prezident Heydər Əliyev tərəfindən təyin edilmiş nazirlər sırasına aiddir. O, bu vəzifəyə o vaxtki gömrük rəisi Kəmaləddin Heydərovun tanışlığı ilə keçmişdi və bir müddət onun himayəsi altında işləyirdi. Sonradan o, bilavasitə prezident İlham Əliyevə tabe edildi və hökumətin dövlət başçısının sədrliyi ilə keçirilən iclaslarında onun işi qınağa səbəb olmurdu.

Onun boşaltdığı qoltuğa keçirilən Mikayıl Cabbarov prezidentin həyat yoldaşı Mehriban Əliyevanın (Paşayevanın) təsir dairəsinə daxil olan məmurlar nəslinə aiddir. O, YUNESKO-nun səfiri M.Əliyevanın birbaşa məxfi tabeçiliyində olan İçərişəhər memarlıq-tarix qoruğunu idarə edirdi.

Bizim seçkiqabağı komandanın dəyişdirilməsi versiyamız daha həqiqətəuyğun görünə bilər. Bunun üçün də əsaslar var. Nəzərə almaq lazımdır ki, güc blokuna aid vergilər nazirinin dəyişdirilməsi prezidentlik olimpini M.Əliyevanın fəth edə biləcəyi prezident seçkilərinə bir ildən az vaxt qala baş verib. O, 13 ilə yaxındır rəsmi ideologiyanın Ulu Öndər rütbəsinə yüksəltdiyi prezident Heydər Əliyevin adını daşıyan ölkənin ən nüfuzlu Fonduna rəhbərlik edir. 2016-cı ilin okyabrından konstitusiyaya dəyişikliklər üzrə referendum nəticəsində birinci xanım yeni təsis edilmiş birinci vitse-prezident vəzifəsinə təyin edilərək, rəsmi olaraq dövlətin ikinci şəxsi oldu. Vitse-prezidentlik institutunun təsis edilməsi və bu vəzifəyə prezidentin həyat yoldaşının təyin edilməsi faktı özü keçid dövrünün fövqəladə xarakterli olduğunu və İ.Əliyevin köhnə "ətrafına" böyük etibarsızlığını göstərir. Birinci vitse-prezident yeni postsovet məktəbindən olan məmurlar nəsli də daxil olmaqla, artıq öz aparatını formalaşdırmağa başlayıb.

Bu kontekstdə növbəti nazirlərin, ilk növbədə güc blokuna aid rəhbərlərin vəzifədən kənarlaşdırılmasını gözləmək olar. Onları birinci vitse-prezidentin təsir dairəsinə daxil olan şəxslər əvəz edəcək. Bu dekorasiya dəyişikliyi seçkilər prosesinin ona və prezidentə lazım olan rejimdə keçirilməsi üçün zəruridir. Ümumilikdə prezident seçkilərinə qədər vitse-prezidentin komandasının sütununu formalaşdırılmalıdır, sonradan isə yalnız vitse-prezident birləşməsindən vitse sözünü çıxarmaq qalacaq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti