Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Trump recognized Jerusalem as the capital of Israel. A photo: Getty Images

Trump recognized Jerusalem as the capital of Israel. A photo: Getty Images

Tramp niyə müsəlman dünyasını birləşdirdi?
Analitika 


2017 Dekabr 24 ( Bazar )  16:06:45
Çap versiyası
English Русский 
Turan Analitika Xidməti

ABŞ prezidenti Donald Trampın Amerikanın səfirliyinin Qüdsə köçürülməsi və təkallahlılıq beşiyinin İsrailin paytaxtı kimi tanınması müsəman dünyasının, elə xristian-müsəlman dünyasının da heç vaxt olmadığı qədər birləşməsinə gətirib çıxarıb. Dekabrın 21-də BMT Baş Assambleyasında 128 ölkə Qüdsün İsrailin paytaxtı kimi tanınmasının əleyhinə qətnamə qəbul edib.

ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını bəyan edib: "Rəsmi olaraq Qüdsü İsrailin paytaxtı kimi tanımağın vaxtının gəldiyi haqqında qərar qəbul etdim. İsrail öz paytaxtının harada yerləşməsi haqqında qərar qəbul etmək hüququna malik olan suveren dövlətdir".

Həmçinin, o, Dövlət Departamentinə ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürüləsi üzrə işlərə başlamağı tapşırıb.

Beləliklə, Tramp 1995-ci ildə Konqresin hər iki palatasında qəbul edilmiş, amma 1995-ci il noyabrın 4-də prezident Klintonun qanunu imzalamasından bir müddət əvvəl İsrailin baş naziri İshak Rabinin öldürülməsindən sonra həyata keçirilməyən Qüdsdə Səfirlik haqqında Aktı həyata keçirməyə qərar verib.

Konqresin qərarından əvvəl Oslo prosesi də baş verib, İsrail və Fələstinin qarşılıqlı olaraq bir-birini tanıması haqqında razılıq əldə edilib. Praktik olaraq, həmin vaxt Qüdsdə səfirlik haqqında Akt real və qəti nəticəs olan sülh prosesini sarsıdan amillərdən biri idi. Fələstin-İsrail arasında bu sülh variantı Fələstin və İsrail radikallarının, hər biri müsəlmanların müqəddəs yeri olan Qüds və Fələstin problemindən regionda nüfuz uğrunda sünni-şiə mübarizəsində istədiyi kimi istifadə edən islam ölkələrinin maraqlarına uyğun deyildi. Və əlbəttə ki, Yaxın Şərq əmək və kapital bazarlarında ABŞ-la rəqabət aparan postsovet Rusiya də Yaxın Şərqdə "suların bulanıq olmasında" maraqlı idi.

Regionda sonrakı hadisələr: sovetin təsririnin bitməsi, İraq, Liviya, Suriyanın şəxsində sovetyönlü avtoritar rejimlərin dağılması, Misir, İordaniya və Körfəzin ərəb ölkələrinin İsraillə sülhə məcbur edilməsi, terrorizmə qarşı mübarizə Qüdsdə ABŞ səfirliyi haqqında Aktın 90-cı illərdə Amerikanın maraqları, eləcə də beynəlxalq sabitlik nöqteyi-nəzərdən strateji olaraq düşünülmüş şəkildə işə salındığını göstərir.

"Rəsmi olaraq Qüdsü İsrailin paytaxtı kimi tanımağın vaxtının gəldiyi haqqında qərar qəbul etdim", deyə Tramp bildirib..

Hazırki mərhələdə Qüdsdə paytaxt və səfirlik mövzusu təsadüfi yaranmayıb. O, hərbiçilər tərəfindən dağıdılmış İraq, Suriya, Liviya və Yaxın Şərqin dəyişkən monarxiyalı və avtoritar ölkələrində yarımhərbi rejimlərin dağılmasının yekunlaşması və sabitləşmənin başlaması, yeni siyasi sistemlərin qurulması şəraitində qaldırılıb. Bu prosesin dəlil amili kimi ABŞ, Rusiya, İran və regionun sünni koalisiyasının əməkdaşlığı və ən əsası tərəflərin sabitlik istəyi olan bəzi maraqların birləşməsi görünür.

Faktiki olaraq, Trampın birləşdirici çağırışı heç olmadığı qədər yerinə düşüb, islam dünyası içində və xristian-islam sivilizasiyası arasında 2001-ci il sentyabrın 11-də Amerikaya terror hücumundan sonra ekstremizmə və terrorizmə qarşı mübarizə ilə başlayan qarılıqlı anlaşma prosesini möhkəmləndirməyin və gücləndirməyin lazım olduğu bir vaxta təsadüf edib.

1995-ci ildən İslam dünyası və Yaxın Şərq xeyli dəyişib, kompromisli və tolerant olub. Fələstin və islam milli qruplarının Trampın addımına qarşı etiraz əlaməti olaraq üç gün "xalq qəzəbi günü" elan etmək çağırışına birgə reaksiyası buna dəlalət edir. Aksiya bütün Fələstin ərazilərində, habelə bütün dünyada Amerika səfirlikləri və konsulluqları qarşısında nümayişlər şəklində keçirilməlidir. Amma Fələstinin özündə və digər ölkələrdə ictimaiyyətin cavabı həvəssiz oldu və 22 il əvvəlki şövqdən xeyli fərqlənirdi.

Dünyəvi-müsəlman Azərbaycanın nümunəsində müsəlman ölkələrin və liderlərin böyük hissəsinin səciyyəvi reaksiyasını müşahidə etmək olar.

Fələstinlilərin çağırışına cavab olaraq, dekabrın 11-də İslam Partiyasının qadın üzvlərindən ibarət kiçik bir qrup polis nəzarəti altında ABŞ-ın Bakıdakı səfirliyi qarşısında qısamüddətli etiraz aksiyası keçirib.

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinin beynəlxalq hüquq normalarına və BMT TŞ qətnamələrinə "zidd" qərarından dərin narahatlığını bildirib və onu qərarına yenidən baxmağa çağırıb.

"Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizamlanmasına mənfi təsir göstərir və Yaxın Şərqdə təhlükəli nəticələrə gətirib çıxara bilər", deyə Əliyev dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlət başçılarının fövqəladə sammitində bildirib.

Təxminən bir həftə sonra Azərbaycan prezidenti "2017-İslam Həmrəyliyi ili: dinlərarası və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gəlmiş Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı direktoru Malkolm Xonlaynı qəbul edib.