Источник: Совет по изучению производительных сил РАН и Минэкономразвития РФ

Источник: Совет по изучению производительных сил РАН и Минэкономразвития РФ

XİN-lər gələcək sazişin təfsilatı haqqında çox az məlumat verir, amma bir şey dəqiq məlumdur, tərəflər Xəzər hövzəsində sahilyanı dövlətlərin yurisdiksiyası haqqında yekun razılıq əldə ediblər: tərəflərin milli suverenliyi 15 dəniz mili ölçüsündə sahilyanı dəniz məkanına da şamil ediləcək, bu zonaya bitişik 10 millik zonaya hər bir tərəfin bioloji su resurslarının hasilatı üzrə müstəsna hüququ şamil ediləcək.

Məlum olub ki, tərəflər Xəzərdə üçüncü ölkələrin hərbi qüvvələrinin və infrastrukturunun yerləşdirilməsinə yol verməmək barədə razılığa gəliblər.

"Biz açıq alan bütün əsas məsələlərlə bağlı çözüm tapdıq, konvensiya mətni praktiki olaraq hazırdır", deyən RF XİN başçısı Sergey Lavrov sənədin növbəti sammitdə qəbul ediləcəyini ümid etdiyini bildirib.

Planlaşdırılan konvensiya imzalansa, bu, o demək olacaq ki, Xəzəryanı ölkələrin quru sərhədlərindən orta xəttə qədər müəyyən edilmiş hazırki suüstü sərhədlər sahil xəttindən 25 km daralacaq. Belə olan halda qalan su hissəsi ümumi istifadə zonası olacaq, bu da dənizdə balıqçılıq, gəmiçilik və hərbi gəmilərin hərəkəti məsələlərinin razılaşdırılmasını tələb edəcək. Tərəflər məhz bu mühüm məsələlərlə bağlı heç bir açıqlama verməyiblər. Lavrov yalnız əlavə edib ki, saziş mətni daha da mükəmməlləşdiriləcək.

Xəzərin hüquqi statusu problemi SSRİ-nin dağılmasından dərhal sonra yaranıb. Hazırda İran istisna olmaqla, dörd ölkə bununla bağlı Xəzərin dibinin sahil sərhədlərindən orta xəttə qədər bölünməsi haqqında ikitərəfli sazişlər imzalayıblar. Xəzərin ortasında mübahisəli neft-qaz yatağı ilə əlaqədar Azərbaycan və Türkmənistanın orta xəttin müəyyən edilməsi məsələsində fikir ayrılığına malik olması başqa bir məsələdir. Azərbaycan dənizin hüquqi statusunun müəyyən edilməsini gözləmədən, ilk olaraq 1994-cü ildə Qərb şirkətləri ilə yataqların işlənməsinə başlayıb. Bunun ardınca Qazaxıstan, Rusiya dənizdə öz layhələrini inkişaf etdirməyə başladılar. İran əvvəlcə Xəzərin beş bərabər hissəyə bölünməsində israr edirdi, amma sonrdan dənizdə quru sərhədləri xəttinin orta xəttə doğru trayektoriyasının davam etdirilməsi yanaşmasında israr etməyə başladı ki, bu da onun hazırki dənizaltı hüququnu iki dəfə artırır.

Sualtı boru kəmərlərinin çəkilməsi mövzusu da həll edilməmiş mühüm məsələ olaraq qalır. Məsələn, Türkmənistan hesab edir ki, bu, sualtı boru kəməri ilə öz sahillərini birləşdirməyə qərar verən sahilyanı dövlətlərin müstəsna hüququ olmalıdır.

2014-cü ildən, daha dəqiq isə Xəzəryanı dövlət başçılarının Həştərxan Sammitindən başlayaraq, tərəflər bir sıra səbəblərdən hüquqi statusun həll edilməsi məsələsini intensivləşdiriblər. Bu səbəblər arasında aşağıdakıları göstərmək olar:

- Neft qiymətlərinin ucuzlaşması və dənizin Rusiya və İran sektorlarında cüzi karbohidrogen ehtiyatları ilə əlaqədar neft-qaz amilinin təsir dərəcəsinin azalması. Bu gün Hər iki ölkənin başı Sibir və Fars körfəzində böyük yataqlarının işlənməsi və istismarına qarışıb.

- Xəzər dənizində NATO-nun mümkün real hərbi iştirakı təhükəsinin artması. Bunu Amerikanın terrorizmə qarşı mübarizəyə yönəlmiş "Xəzər mühafizəsi" (Caspian Guard) proqramı və s. təmin edə bilər.

-Şərq-Qərb, Şimal-Cənub qlobal nəqliyyat dəhlizlərinin işə salınması. Onlar əhəmiyyətinə görə neftdən və ərazi sularının bölünməsi problemindən daha çox cəzbedicidir. Faktiki olaraq gündəlikdə tərəflərin Xəzərdən birgə nəqliyyat mərkəzi kimi istifadə etməsi məsələsi durur.

Xəzərdə kəskin silahlanma da müəyyən dərəcədə tərəfləri güzəştə itələyir. Bu silahlanmada hüquqi status məsələsinin həll edilməməsi və yeraltı və suüstü resurslara qarşılıqlı iddialar rol oynayıb. Son 15 ildə bütün region ölkələri dənizdə hərbi iştiraklarını artırıb və bu hərbiləşmənin davam etməsi xoşagəlməz nəticələrə gətirib çıxara bilərdi.

Astanada Xəzərlə bağlı hüquqi statusdan başqa hansı sazişlərin imzalanacağını demək çətindir (Lavrov qeyd edib ki, digər məsələlər tamamlanma mərhələsindədir), amma danışıqlar prosesindəki tendensiya və dünya iqtisadi trendi Xəzər ölkələrinin Xəzərin əməkdaşlıq və sülh dənizinə çevrilməsi istiqamətində real hərəkətə başladıqlarından xəbər verir, desək, yəqin ki, çox "böyük" danışmış olmarıq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti