Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Keiko Honda: Azərbaycan iqtisadi çətinlikləri arxada qoyub

Keiko Honda: Azərbaycan iqtisadi çətinlikləri arxada qoyub
İqtisadiyyat 


2017 Dekabr 18 ( Bazar ertəsi )  14:52:12
Çap versiyası
English Русский 

Bakı/18.12.17/Turan: Azərbaycan maliyyə qabiliyyətli etibarlı tərəfdaşdır, üzərinə götürdüyü öhdəlikləri daim yerinə yetirir. Bunu prezident İlham Əliyev Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru Keiko Honda ilə görüşündə bildirib.

Prezident ölkədə iqtisadi islahatlara ardıcıl dəstəyinə görə Dünya Bankına təşəkkürünü bildirib.

İ.Əliyev qeyd edib ki, agentlik ölkədə xarici investorların həyata keçirdiyi bir sıra mühüm investisiya layihələri, eləcə də qlobal əhəmiyyətli "Cənub" qaz dəhlizi layihəsini dəstəkləyib.

Dövlət başçısı deyib ki, "Cənub" qaz dəhlizi layihəsi nəinki Azərbaycan, o cümlədən Avropa da daxil olmaqla, geniş bir coğrafiyanı əhatə edən region üçün mühüm əhəmiyyət daşıyır. O, bildirib ki, TANAP layihəsi ilə bağlı işlər qrafikə uyğun vaxtında tamamlanacaq.

Öz növbəsində K.Honda bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatları yaxından izləyirlər və görülən işləri yüksək qiymətləndirirlər. Onun sözlərinə görə, Azərbaycan iqtisadi çətinlikləri arxada qoyub. -71D-