Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
2018-ci il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 130 manat olacaq

2018-ci il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 130 manat olacaq
İqtisadiyyat 


2017 Dekabr 26 ( Çərşənbə axşamı )  10:29:11
Çap versiyası
English Русский 

Bakı/26.12.17/Turan: Bazar ertəsi prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

2018-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqının məbləği 130 manat müəyyən edilib.

Dövlət başçısı Nazirlər Kabinetinə tapşırıb ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin vahid tarif cədvəli üzrə aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini sərəncama uyğunlaşdırsın. Həmçinin hökumətə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin, o cümlədən maaşları vahid tarif cədvəli ilə tənzimlənən işçilərin əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi və əməkhaqlarının artırılması barədə təkliflərini hazırlayaraq üç ay müddətində Azərbaycan prezidentinə təqdim etsin.

Minimal əməkhaqqının artırılması ilə Dövlət Sosial Müdafiə Fonduna icbari sosial sığorta üzrə ödəmələrin həcmi də artır. Bu, minimal əməkhaqqının məbləğinin 20 faizini təşkil edəcək.

Beləliklə, yanvarın 1-dən icbari sosial sığorta üzrə ödəmə 26 manat təşkil edəcək.

Qeyd edək ki, 2016-cı il fevralın 1-dən Azərbaycanda nominal əməkhaqqı 116 manat, icbari sosial sığorta üzrə ödəmə isə 23,2 manat təşkil edib.-06D--