Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
2018-ci ildən siqaret və şərab-araq məmulatları bahalaşacaq

2018-ci ildən siqaret və şərab-araq məmulatları bahalaşacaq
İqtisadiyyat 


2017 Dekabr 26 ( Bazar ertəsi )  10:49:32
Çap versiyası
English Русский 

Bakı/26.12.17/Turan: 2018-ci ilin yanvar ayının sonunda idxal olunan siqaretlərin aksiz dərəcələri üç dəfə - 50 qutu (1000 ədəd) üçün 4 manatdan 12 manata artırılacaq. Bu qərarı Nazirlər Kabineti dekabrın 21-də qəbul etmişdi.

Siqar idxalı üzrə aksiz dərəcələri ikiqat (1000 ədəd üçün 10-dan 20 manat) artırılıb. Ekspertlər hesab edirlər ki, bu, siqaretin pərakəndə satışında qiymət artımına gətirib çıxaracaq, çünki siqaret istehlakına tələbatın təxminən 90%-i idxal hesabına təmin olunur.

Şərab-araq məmulatlarının idxalına aksizlər də yenidən nəzərdən keçirilib. 1 litr pivə idxalına görə aksiz vergisi 1 manatdan 1,70 manata, şərab 2 manatdan 3,50 manata, şampan 2,50 manatdan 5 manata, spirt 2 manatdan 4 manatadək artırılıb. İdxalçılar bir litrlik viski, araq, cin, likör, rom idxalı üçün 10 manat, indikindən 4 manat çox ödəyəcəklər. 08D--