Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Mikayıl Cabbarov Gürcüstana gedib
İqtisadiyyat 


2017 Dekabr 26 ( Çərşənbə axşamı )  11:02:08
Çap versiyası
English Русский 

Tbilisi/26.12.17/Turan: Azərbaycanın yeni vergilər naziri Mikayıl Cabbarov Tbilisidə maliyyə naziri Mamuka Baxtadze ilə görüşüb.

Tərəflər iki ölkənin vergi orqanları arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər, Gürcüstan və Azərbaycanın vergi nümayəndələrinin təcrübə mübadiləsindən danışıblar, Gürcüstan KİV-i məlumat yayıb. M.Cabbarov mövcud əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

"Görüş zamanı vergi sahəsində operativ informasiyanın əldə edilməsi və qarşılıqlı yardım məsələləri üzrə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Vergi sahəsində təcrübə mübadiləsi məqsədilə Azərbaycan vergi idarəsinin nümayəndələrinin Gürcüstana səfəri barədə razılıq əldə olunub", - Gürcüstan Maliyyə Nazirliyinin məlumatında bildirilir.-02D-