Azərbaycan yenə autsayderdə

Beynəlxalq Valyuta Fondu genişmiqyaslı araşdırmanın nəticələrini açıqlayıb və adambaşına düşən ÜDM-in səviyyəsi ən yüksək olan ölkələri üzə çıxarıb. Dünyada ən zəngin ölkələr sırasına daxil olan ölkələrin əksəriyyətinin ərazisində neft və qaz ehtiyatları var, bu da onların iqtisadiyyatının inkişafına müsbət təsir göstərir. İnvestisiya və güclü bank sistemi də ən zəngin ölkələrin iqtisadiyyatında mühüm rol oynayır.

Bu il ÜDM-in artım dinamikasına görə ən müvəffəqiyyətli ölkələr reytinqinə Qatar liderlik edir, bu ölkədə bir ildə adambaşına düşən ÜDM 124 930 dollara çatıb. Ölkə son bir neçə ildə bu göstəriciyə görə dünya ölkələrinə böyük fərqlə liderlik edir. Qatar təbii qaz ehtiyatlarına görə dünyada üçüncü ölkədir, altıncı təbii qaz ixracçısıdır və böyük neft və neft məhsulları ixracçısıdır.

Lüksemburq adambaşına düşən ÜDM reytinqində 109 190 dollarlıq göstərici ilə ikinci yeri tutub. Ərazisinə və əhalisinin sayına görə kiçik olan bu dövlət Avropada həyat səviyyəsi ən yüksək olan ən zəngin ölkələrdən biridir. Əlverişli şəraiti və offşor zonası sayəsində paytaxtda 1 minə yaxın investisiya fondu və 200-dən çox bank yerləşir, dünyada heç bir şəhərdə bu qədər investisiya fondu və bank yoxdur.

Sinqapur siyahıda üçüncü yeri tutub - adambaşına düşən ÜDM 90 530 dollar təşkil edir. Bu, bazar iqtisadiyyatı olan, vergiləri az olan yüksək inkişaf etmiş ölkədir. Bu ölkədə transmilli korporasiyalar mühüm rol oynayır. Ölkədə ümumilikdə beş vergi var, onlardan biri gəlir vergisi, biri əməkhaqqı vergisidir. Burada elektronika istehsalı, gəmiqayırma, maliyyə xidmətləri sektoru inkişaf edib. Biotexnologiyalar sahəsində geniş miqyaslı araşdırmalar aparılır.

Bruney də favoritlər arasındadır, hesablamalara görə, burada adambaşına düşən ÜDM 76 740 dollara bərabərdir. Dövlətin iqtisadiyyatının əsasını neft (ildə 10 mln. tondan çox) və qaz (12 mlrd. kub metrdən çox) hasilatı və emalı təşkil edir. Onların ixracı valyuta daxilolmalarının 90%-dən çoxunu təmin edir (ÜMM-nin 60%-i).

Ən zəngin ölkələr siyahısında beşinci yer İrlandiyaya düşüb - adambaşına düşən ÜDM 72 630 dollar təşkil edir. Milli iqtisadiyyatın prioritet istiqaməti yüksək texnologiyalı elm intensivliyi sahəsidir. İrlandiyada kompüter maşınları, onlar üçün komplekt hissələri, yarımkeçiricilər istehsal olunur, fəal şəkildə müxtəlif profilli proqram təminatları, o cümlədən dar ixtisaslaşdırılmış proqram təminatları hazırlanır. Buna baxmayaraq, İrlandiyanın iqtisadi inkişafının əsas mühərriki ixracatdır, həm inşaatın, həm də işgüzar investisiyaların bərpası da inkişafa şərait yaradır.

BVF-nin reytinqində növbəti yerləri adambaşına düşən 70 590 dollar ÜDM-lə Norveç, 69 670 dollar ÜDM-lə Küveyt, 68 250 dollar ÜDM-lə BƏƏ, 61 360 dollar ÜDM-lə İsveçrə, 61 020 dollar ÜDM-lə Honkonq tutub.

Karbohidrogen resursları və təbii ehtiyatlarla kifayət qədər zəngin olan Azərbaycan bu ilə yenə çarəsiz autsayderlər arasında qalıb, iqtisadiyyatı və vətəndaşlarının həyat səviyyəsi nisbətən əlverişli olan nəinki 50, heç 100 ölkə arasına belə daxil olmayıb. BVF-nin reytinqinə əsasən, 2016-cı ildə ölkə 3956 dollar ÜDM ilə 106-cı yeri tutub. Bir il əvvəl adambaşına düşən ÜDM 7900 dollardan 3854 dollara düşmüşdü. Bu il bu göstərici 3812 dollar təşkil edib, bu da, çox güman ki, reytinqdə daha aşağı yerlərə düşür. Faktiki olaraq, Azərbaycan Şri-Lanka və Monqolustanla qonşu olaraq, dünyanın ən yoxsul 20 ölkəsi arasına düşüb. Yeri gəlmişkən, Ermənistan və Anqola da onun yanındadır.

BVF-nin araşdırmalarının nəticələrini şərh edən müstəqil iqtisadçı Natiq Cəfərli qeyd edib ki, Azərbaycanın hazırki adambaşına düşən ÜDM göstəriciləri iqtisadi siyasətin səmərəsiz olduğuna, ölkədə dərinləşən böhrana, əhalinin çox yoxsul olaraq qaldığına dəlalət edir. Eyni göstəriciyə görə o, təkcə Avropa İttifaqı ölkələrindən deyil, Belarus və Qazaxıstandan da geridə qalır. Baxmayaraq ki, bir neçə il əvvəl Azərbaycan adambaşına düşən ÜDM gösəricisinə görə israrla orta həddə qalırdı.

"Milli valyutanın devalvasiyasından sonra dollarla ifadədə adambaşına düşən ÜDM xeyli azalıb. Təxminən üç il əvvəl bu göstərici 10 min dollara yaxınlaşırdı. Həmin vaxt manatın məzənnəsi dollardan yüksək idi. Amma son iki ildə bu göstərici ən yoxsul ölkə olan Tunisin səviyyəsinə qədər düşdü. Səbəb neft qiymətlərinin ucuzlaşması, iqtisadiyyatın çox az şaxələndirilmiş olması, idxaldan asılılıq, biznes sahələrində inhisardır", deyə ekspert qeyd edir.

Bu arada, Moody's Investors Service bank qrupunun proqnozlarına əsasən, 2017-2018-ci illərdə Azərbaycanda adambaşına düşən ÜDM 4000 dollardan çox təşkil edəcək.

Cəfərlinin fikrincə, ölkənin potensial imkanlarından irəli gələrək, adambaşına düşən 4000 dollardan artıq ÜDM kifayət qədər aşağı göstəricidir. Ölkənin yeni səviyyəyə çıxması üçün adambaşına düşən ÜDM 10 000 dollardan çox təşkil etməlidir. Amma mövcud tendensiya şəraitində ən az yaxın 4 il ərzində Azərbaycanın bu göstəriciyə yaxın belə gəlməyəcək. Neft qiymətləri enidən 100 dollara çatarsa, vəziyyət dəyişə bilər ki, bu da çox kiçik ehtimaldır.

Deməli, göstəriciləri yaxşılaşdırmaq üçün istehsalı inkişaf etdirmək, ixrac potensialını gücləndirmək, maliyyə sistemini sabitləşdirmək, işgüzar fəallığı artırmaq, qeyri-neft sektoruna xüsusi əhəmiyyət vermək lazımdır. Bu göstəriciləri heç olmasa 40-45%-ə qədər artırmaq mümkün olsa, adambaşına düşən ÜDM də 2000-2500 dollar artar. Bu isə uzun prosesdir.--0--

Rəy yaz

İqtisadiyyat

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti