Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Üç kresloda oturmaq rahatdır

Üç kresloda oturmaq rahatdır
Siyasət 


2017 Dekabr 28 ( Çərşənbə )  10:55:34
Çap versiyası
English Русский 

Bakı/28.12.17/Turan: 2018-ci ildə Milli Məclisin saxlanması xərclərinə - büdcə layihəsində nəzərdə tutulan 25 milyon 432 min manata əlavə olaraq 1,2 milyon manatın ayrılacağı barədə bəzi agentliklərin məlumatları deputatların maaşlarının artırılmasına dair şayiələrə səbəb olub. Hətta artımın konkret məbləği açıqlanıb - 800 manat. Profil komitələrin sədrləri, vitse-spiker və parlamentin spikeri üçün daha sanballı məbləğ söylənilir.

Yeni il öncəsi əla xəbərdir. 116 manat alan 145 min vətəndaşın minimal əməkhaqqının artırılması, ehtiyac meyarının məbləği, yaşayış minimumunun həcmi barədə məlumatlar da az "sevindirmir". 1 milyondan artıq azərbaycanlı təqaüdçü 2018-ci ilin gəlişini səbirsizliklə gözləyir, belə ki, onlara hesabat dövründə orta aylıq əməkhaqqının artımı həcmində əlavə vəd olunub.

ölkə.az saytı deputatların əmək haqları barədə şayiənin doğru olub-olmadığını aydınlaşdırmaq üçün parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədova telefon edib.

O, deputatların maaşlarının artırılması barədə şayiələri təkzib edib.

Digər tərəfdən, ölkədəki "siyasi məqamı"ı da nəzərə almaq lazımdır. Bank sistemində miqyaslı böhran davam edir, iqtisadiyyat zəifləyir, şirkətlər bağlanılır. Gələn il yeni ixtisarlar dalğasının olacağını, insanların sosial vəziyyətinin pisləşəcəyini vəd edir. Odur ki, hökumət tərəfindən görülən tədbirlər inflyasiyanın sürətini cilovlaya bilmək gücündə deyil. Mənfi proqnozlar fonunda millət vəkillərinin maaşlarının artırılması cəmiyyət tərəfindən adekvat qarşılanmazdı.

Ancaq göründüyü kimi, bizim deputatlar maliyyə vəziyyətlərini yaxşılaşdırmaq üçün tədbir görülməməsindən o qədər də dilxor olmayıblar. Onların çoxu millət vəkili ilə yanaşı, iki və ya üç kreslonu tutataq az maaş almır. Məsələn, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Sahib Qafarov Bakı Slavyan Universitetində beynəlxalq münasibətlər üzrə prorektor vəzifəsində çalışır. Deputat Cavid Qurbanov eyni vaxtda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədridir.

Ziyad Səmədzadə isə ümumiyyətlə, bir neçə vəzifəni birləşdirən virtuozdur. Üstəlik də ictimai əsaslarla yox. O, AMEA-nın həqiqi üzvü, Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədridir. Bakı Biznes Universitetində dərs deyir. Azərbaycan İqtisadçılar Birliyinin sədri, Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Elmi Şurasının üzvüdür. "İqtisadiyyat" qəzetinin baş redaktorudur. Bütün bu vəzifələr əməyin ödənilməsini nəzərdə tutur. Cənab Səmədzadə BDU-nun Dissertasiya Şurasının üzvü seçilib. Düşünməyin ki, bu üzvlük pulsuzdur: araşdırılıb ki, hər elmi işə yazılan resenziyaya görə yüksək qonorar alır.

Z.Səmədzadənin uzun vəzifə siyahısının yanında onun deputat korpusu üzrə həmkarı Eldar Quliyev bu planda daha sadə görünür. O, "Azərittifaq"ın sədri və tələbələrin pullu təhsil aldığı Azərbaycan Kooperasiya Universitetinin rektoru postları arasında "qalıb".

Deputat Hüseynbala Mirələmov YAP Xətai rayon təşkilatının sədri, ARDNŞ prezidentinin müşaviri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiridir.

Bir neçə rəsmi və ödənişli vəzifələr tutan deputatların siyahısını uzatmaq olar. Bundan əlavə, hazırkı və keçmiş yüksək vəzifəli məmurları da buraya əlavə etmək olar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov eyni vaxtda AMEA Fizika İnstitutunun laboratoriya müdiri vəzifəsini tutur. Maraqlıdır ki, şəhər meri elmi araşdırmalara vaxt tapırmı? İnstituta gedən yolu unutmayıb ki?

Misir Mərdanov təhsil naziri olarkən BDU-da kafedra müdiri idi və universitetə nadir hallarda gedirdi. Vəzifədən uzaqlaşdırıldıqdan sonra yenidən elmə döndü və hazırda Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır. Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da işsiz deyil: AMEA prezidentinin müşaviri, Azərbaycan Dövlət İqtisad Universitetində kafedra müdiridir. Tələbələrə rəqəmsal iqtisadiyyatın əsasları barədə mühazirə oxuyur.

Deputatların, iki-üç, hətta beş vəzifə tutan hazırki və keçmiş məmurların nə qədər əməkhaqqı alması barədə mülahizələr yürütməyəcəyik. Özgəsinin pulunu saymaq etik deyil. Məsələ başqadır, gənc mütəxəssislərin irəliləməsi, vəzifə tutması və karyera qazanmasına imkan verməyən belə kadr siyasəti düzgündürmü?

Əgər parlamentarları və məmurları ikinci vəzifələrindən azad etsələr AMEA sistemində, ali məktəblər, ARDNŞ və digər yerlərdə perspektivli alimlər, mühəndislər, menecerlər, müəllimlər üçün nə qədər vakansiya açılar. Yaranmış vəziyyət, apatiya, ümidsizlik bacarıqlı gənclərin Azərbaycanı tərk etməsinə, başqa ölkələrin elm və iqtisadiyyatına fayda verməsinə şərait yaradır. -0-