Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə hazırdır - Ə.Həsənov

Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə hazırdır - Ə.Həsənov
Siyasət 


2017 Dekabr 28 ( Cümə axşamı )  15:31:35
Çap versiyası
English Русский 

Bakı/28.12.17/Turan: Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə və yerli erməni əhalinin hüquqlarına zəmanət verməyə hazırdır. Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin The Jerusalem Post qəzetinə müsahibəsində bildirib.

"Biz müəyyən güzəştlərə və problemin konstruktiv həllinə hazırıq", deyə o qeyd edib.

Onun fikrincə, münaqişənin sabit və ədalətli həlli üçün əsas şərt Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın tərkibində geniş muxtariyyət verilməsidir. Bakı orada yaşayan erməni əhalinin mülki, sosial-iqtisadi və mədəni hüquqlarının Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq tam şəkildə təmin ediləcəyinə zəmanət verməyə hazırdır.

Həsənov qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması beynəlxalq hüquq normalarına əsaslanmalıdır. -06D-