Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
İlham Əliyev M.Vardinoyannis, R.İlatov və D.Kıdırəlini Dostluq ordeni ilə təltif edib

İlham Əliyev M.Vardinoyannis, R.İlatov və D.Kıdırəlini Dostluq ordeni ilə təltif edib
Siyasət 


2017 Dekabr 28 ( Cümə axşamı )  16:36:28
Çap versiyası
English Русский 

Bakı/28.12.17/Turan: Azərbaycan prezidenti İlham Əliyev bu gün üç əcnəbi vətəndaşın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Belə ki, Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis bu mükafata layiq görülüb.

O, YUNESKO-nun xoşməramlı səfiri, Marianna V.Vardinoyannis Fondunun və ELPİDA xərçəng xəstəliyi olan uşaqların Dostluq Assambleyasının banisi və prezidentidir.

"Dostluq" ordeni ilə həmçinin İsrailli siyasətçi, Knesset Deputatı Robert İlatov və Qazaxıstanlı tarixçi-alim, tarix elmləri doktoru, Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü Darxan Kyandıkulı Kıdırəli də təltif edilib. -06D-