Mayın 27-də Pamazan başlayır
Bakı/24.05.17/Turan: Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Ramazan ayının başlanması ilə bağlı fətfa verib.
Fətfada deyilir ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, bu il Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimilə mayın 27-nə təsadüf edəcək və Ramazan ayı başlayacaq.
Daha sonra fətfada namazın qılınma vaxtları, orucun tutulması və açılması ilə bağlı göstərişlər yer alır.
Fətfada Ramazan ayının bitməsi və ya Eyd-ül Fitr bayramının iyunun 26-na təsadüf edəcəyi bildirilir.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.
Qazılar Şurasının fətfasına əsasən, hazırki günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Sənəddə din xadimlərinə orucluq müddəti başa çatmamış süfrələrdə iştirak etməmək barədə xəbərdarlıq edilir.
Xatırladaq ki, Ramazan İslam dininin iki ən böyük bayramından biridir. Müsəlmanlar kütləvi olaraq oruc tutmağa Mədinə hicrətindən başlayıblar.-05D-
-
- İqtisadiyyat
- 24 May 2017 14:51
-
- Siyasət
- 24 May 2017 16:01
Cəmiyyət
-
Mayın 20-də polis 46 kiloqram qanunsuz narkotik maddəni dövriyyədən çıxarıb.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib. "Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
-
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2023-cü il üçün illik hesabatını dərc edib. Sənəd ölkədə məişət zorakılığı ilə bağlı vəziyyətə işıq salır. Məruzədə əvvəlki illə müqayisədə qeydiyyata alınan halların sayının bir qədər azaldığı qeyd edilsə də, bu cür hadisələrin yayılma səviyyəsi və nəticələri ilə bağlı narahatlıqlar davam edir.
-
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bildirib ki, müvəqqəti sxemə əsasən, E1 və 125 nömrəli avtobus marşrutlarının hərəkəti alternativ küçələrlə həyata keçirilir.
Rəy yaz