Nardaran işi-3 məhkəməsi şahidlərin ifadəsilə davam edir

Bakı/26.05.17/Turan:Cümə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Elçin Qasımov və 11 digər təqsirləndirilən şəxslərin məhkəmə prosesi keçirilib.

Hakim Mayıl Bayramovun sədrlik etdiyi məhkəmədə Sabunçu rayon polis əməkdaşları şahid qismində dindiriliblər.

Şahid Valeh Mustafayev bildirib ki " Futboldan idarəyə qayıtdıq. İdarənin qarşısına 70-80 nəfər yığışmışdı. Bəziləri bizə daş atırdı.Onları sakitləşdirməyə çalışırdıq. Oradakılar Elçin Qasımovun azadlığını tələb edirdi. Polislərin əşyalarını axtardıqlarını görməmişəm. Çevik polis alayı gələndən sonra ara qarışdı, tuthatut başladı".

Digər şahid İsrafil Mustafayev - Biz ora yaxınlaşanda 70-80 nəfər var idi. Yüksək səslə qışqırırdılar. Təqsirləndirilən şəxsləri tanımıram və kiminsə xəsarət almasını görməmişəm.

Siyavuş Mirzəzadə - 150 nəfər var idi. Mən daha fəal olan 2 nəfəri tutmuşdum. Amma onlarin adı yadımda deyil. Ara sakitləşəndən sonra gecə 1-2.yə qədər orada keşik çəkmişəm. Bu müddətdə itirdiyi əşyanı axtaran polis görməmişəm.

Orucov Şahbaz - Sabunçu polis idarəsinin rəisinin sürücüsü Afiqin başından xəsarət almasını gördüm, amma kimin daş atdığını görmədim.

Məhkəmə iclası iyunun 2-də saat 14.00-da davam edəcək.-36d-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti