Strateji Düşüncə Mərkəzi, mayın 26-ı

Strateji Düşüncə Mərkəzi, mayın 26-ı

Bakı/26.05.17/Turan: İsa Qəmbərin rəhbərlik etdiyi Strateji Düşüncə Mərkəzi mayın 26-da Azərbaycan Xalq Cəbhəsinin (AXC) 1992-1993-cü illərdə idarəçiliyinin illik təcrübəsinə həsr edilmiş açıq dinləmələr keçirib.

Dinləmələr mayın 28-də bütün ölkədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 99 illiyi kontekstində keçirilib.

"Biz SSRİ-nin tənəzzülü dövründə 90-cu illərin əvvəlində Azərbaycanda vəziyyət haqqında sosial şəbəkələrdə başlanan diskussiyalar səbəbindən yaxın keçmişdəki tarixə ekskurs etmək qərarına gəldik.

Sosial şəbəkələrdə o dövr haqqında rəsmi təbliğatın təsiri altında formalaşan əsassız neqativ fikirlər dolaşır", - İ.Qəmbər prezident Elçibəyin komandasında məsul postlar tutan bəzi xadimlərin çıxışlarından öncə deyib.

Müsavat Partiyasının sədri Arif Hacılı qeyd edib ki, 1992-ci ilin əvvəlində Xalq Cəbhəsi hökumətyönlü ideoloqların təqdim etmək istədiyi kimi nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamağa can atmayıb. Dərin siyasi böhran, idarəçiliyin dezinteqrasiyası, Ermənistanın Dağlıq Qarabağda ekspansiyası şəraitində hakimiyyətə gəlmək məcburi tədbir idi.

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişi sovet hakimiyyətinin bərpasına ümid bəsləyən kommunistpərəst qüvvələrin destruktiv hərəkətlərinə məcburi cavab idi və ölkənin taleyinə görə vətəndaş məsuliyyətindən irəli gəlmişdi.

A.Hacılı qeyd edib ki, AXCP-ni hakimiyyətə Azərbaycan xalqı gətirdi. Keçmiş kommunist xadimlərin antikonstutision çevriliş cəhdlərindən sonra hakimiyyət dəyişikliyi tələbilə parlamantə doğru yüzminlik yürüş etdi.

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov xatırladıb ki, məhz Xalq Cəbhəsi dövründə bütün sahələrdə, əsasən təhlükəsizlik sahəsində real islahatlara başlanılıb. Ordu quruculuğuna başlanılıb ki, bu da Ayaz Mütəllibovun idarəçiliyi dövründə ləngiyib. İlk dəfə olaraq postsovet məkanında həbsxanalar DİN-in tabeliyindən çıxarılaraq sivil dünyada qəbul olunduğu kimi Ədliyyə Nazirliyinə verilib. Vahid müstəqil istintaq komitəsinin, bələdiyyə polisinin yaradılması üzərində iş başlayıb və 1993-cü il iyunun 4-də imperiyapərəst qüvvələrin həyata keçirdiyi dövlət çevrilişi nəticəsində sona çatdırılmayıb.

Arxiv

Elçibəyin hakimiyyəti dövründə Azərbaycan milli valyutaya keçdi, ali məktəblərə qəbul imtahanları test üzrə keçirildi və bununla da məktəblərin ən zəkalı məzunlarının ali təhsil almasına yol açıldı. Dövlət ən yaxşı abituriyentləri xaricə təhsil almağa göndərdi, müəllimlər, həkimlər, hərbçilər və digərləri üçün müxtəlif güzəştlər tətbiq olundu.

Xarici ticarətin liberallaşdırılması və investisiya üzrə siyasət həyata keçirildi, xarici neft şirkətləri ilə ətraflı danışıqlar başladı, miqyaslı özəlləşdirmə və aqrar sektorda islahatlara dair proqramlar hazırlandı.

Rusiya qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ölkənin təhlükəsizliyi və inkişafında mühüm məsələ oldu ki, bu da daha müstəqil xarici və daxili siyasətin yürüdülməsinə şərait yaratdı.

Həmin dövrdə parlamentə sədrlik edən İ.Qəmbərin fikrincə, 1992-1993-cü illərdə müxtəlif əsas istiqamətlər üzrə ölkənin gələcək inkişafının təməli qoyuldu. Bu əsaslar o qədər güclü idi ki, indiki rejimin acınacaqlı siyasəti həmin illərin nailiyyətlərini məhv edə bilmədi.

Cəmiyyətdə ədalətli, hüquqi dövlət quruculuğu ideyası güclüdür, xüsusilə gənclər arasında. Bu, yaxın gələcəkdə AXC və Xalq Cəbhəsi hökumətinin ideyalarının reallaşmasını labüd edir, Xalq Cəbhəsi hökumətinin keçmiş sədri Pənah Hüseynov vurğulayıb.-0-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti