Qazaxıstan ABB-yə yatırılan $250 milyonun qaytarılmasına nail olacaq
Bakı/24.05.17/Turan: Qazaxıstan Milli Bankı Azərbaycan Beynəlxalq Bankına (ABB) $250 milyon pensiya pulunun yatırılması faktının araşdırılmasına başlayacaq. Bu barədə çərşənbə günü Qazaxıstan Mərkəzi Bankının rəhbəri Daniyar Akişev bildirib.
"Daxili yoxlamadan sonra materiallar hüquqi rəy verilməsi üçün müvafiq orqanlara göndəriləcək", - o qeyd edib.
D.Akişevin sözlərinə görə, ABB-nin $250 milyon məbləğində borc qiymətli kağızları 2014-cü ilin oktyabrında alınıb.
Alqı haqqında qərarı Mərkəzi Bankın o zamankı rəhbəri Kayrat Kelimbetov qəbul edib.
Milli Bank neqativ nəticələrin minimallaşdırılması üçün maksimum səy göstərəcək və əmanətçilərin maraqlarının qorunması məqsədilə ABB ilə danışıqlar aparacaq. Vəziyyət barədə prezident Nazarbayevə məlumat veriləcək.
Ötən gün ABB bildirib ki, $3,3 milyardlıq borcla bağlı restrukturizasiya prosesini avqustun sonunadək başa çatdırmağa ümid edir. Əsas kreditora üç variant təklif ediləcək. Birinci variant 12 il müddətinə üç mərhələdə ödənilməklə suveren borcla əvəzlənməni nəzərdə tutur.
İkinci variant 15 illik istiqrazlarla birin birə əvəzlənməsini, üçüncüsü borcun nominal üzrə ABB-nin yeni 3,5%-li 7 illik bondları ilə əvəzlənməsini nəzərdə tutur.-02D-
Maliyyə
-
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar-aprel aylarının yekunları ilə bağlı sığorta icmalını açıqlayıb.
-
“Kapitalbank” 100 milyon manatlıq yeni istiqrazlarının emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
-
“Paşa Sığorta” şirkəti növbəti dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Kosmik Agentliyin (“Azərkosmos”) istismar etdiyi “Azerspace-1” peykinin 1 illik sığortalanması üzrə açıq tenderin qalibi elan olunub.
-
“Partners Finance” səhmdar cəmiyyəti (lizinq xidmətləri göstərir) 2023-cü ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Rəy yaz