Bakıda Fransa Musuqi Bayramı
Bakı/29.07.17/Turan: İyulun 1-də Bakıda zəngin konsert proqramı ilə Fransa "Musiqi Bayramı" keçiriləcək.
"Peşəkar musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün, eləcə də ifa olunma tərzindən asılı olmayaraq, bütün musiqi janrlarına açıqdır", deyə Fransa səfirliyinin məlumatında bildirilir.
Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı Səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Hard Rock Cafe və Milli Turizm Təbliğat Bürosu Bayramın proqramını təqdim edirlər:
YARAT MÜASİR İNCƏSƏNƏT MƏRKƏZİ, 16.00-da
Vəfa Qədirova (səs), Taleh Qəhramanov (gitara), Aydan Yusupzadə (piano)
Les Gamins
PARIS BISTRO, 18.00-da :
Əli İbrahim-Zadə
Albina
Ahmedowsky trio
Babək Ahmedowsky (Gitara/sintezator), Xudayət Əhməd (Zərb/baraban), Məhəmməd Lətifli (Bass/ sintezator)
Milan Məmmədov
İÇƏRİ ŞƏHƏR, YAY Qalereyasının qarşısında, 20.00-da :
Les Gardiens du Silence
İlhamə Babayeva / Kitaru Lina Oşimara (səs / fisqarmoniya), Viaçeslav Lizunov - (ud / gitara), Xəyal Nityananda - (mridanqa)
Todo Band
Təhminə Vəkilova (Səs), Elnur Fəttahov (Gitara), Orxan Kərimli (Gitara & xor), Hüseyn Əli (Bass), Zaur Əli (sintezator), Rza Jamal (Cajon)
HARD ROCK CAFE, 22.00-da :
Radio & Video band
Roman Şulga (Gitara/səs), Mişel Hop (səs), Zakir Qasımov (gitara), Dmitri Tur (zərb), Andrey Kudinov (Bass). -06D-
Mədəniyyət
-
Mədəni irs dedikdə hər bir xalqın adət-ənənələri, onlara məxsus incəsənət növləri, mədəniyyət və dəyərlər nəzərdə tutulur. Mədəni irs bütün dövrlərlə əlaqələrimizi təmsil edir.
-
Antik əşyalara olan maraq zaman keçdikcə inkişaf edən dünyada insanların diqqətini daha çox çəkməyə başlayıb. Bəzi adamlar bu əşyalara baxanda uşaqlığını, gəncliyini xatırlayır.
-
Azərbaycan Milli İncəsənət Muzeyində aprelin 3 də numizmat Rüstəm Hüseynovun Azərbaycan sikkələrində damğalar haqqında mühazirəsi keçirilib
-
Türkiyənin ən güclü özəl nəşriyyatı “Kırmızı kedi” araşdırmaçı-yazar Timur Soykanın “Baron istilası” kitabını böyük tirajla çap edib. Kitabda Rövşən Caniyev, Nadir Səlifovla bağlı geniş məlumatlar da öz əksini tapıb.
Rəy yaz