Acar Ağayevl

Acar Ağayevl

Azərbaycanda növbəti tədris ilinin başa çatması parlamentdə "Təhsil haqqında" qanuna bakalavriat səviyyəsində təhsil almaq məqsədilə ali məktəblərə daxil olmaq istəyənlər üçün ödənişli hazrlıq kurslarının açılmasını nəzərdə tutan dəyişikliyin müzakirəsi ilə eyni vaxta təsadüf edib. Sənədin yeni redaksiyası birinci oxunuşda qəbul edilib.

Debatlar zamanı Milli Məclisin spikeri Oqtay Əsədov belə bir rəqəm açıqlayıb: bu ilin məzunlarının təxminən 50%-i birinci mərhələdə qəbul imtahanı verərək ali məktəblərə və orta ixtisas məktəblərinə daxil ola bilməyib. Bu məlumat cəmiyyətdə təəccüb və orta təhsilin keyfiyyəti, bu sahədə islahatlar məqsədilə görülən tədbirlərin səmərəliliyi ilə bağlı əsaslı suallar doğurub.

Yerli məktəblərdə real vəziyyət, repetitorluğun geniş miqyas almasının səbəbləri, məktəb təhsili sisteminin müasirləşdirilməsi taktikası haqqında Respublika Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru Əjdər Ağayevlə söhbət etdik.

- Acar müəllim, bu gün yalnız tənbəl insanlar orta məktəblərdə islahatlar, təhsil problemləri haqqında danışmır...

- Təəssüf ki, təhsildə nələrin baş verdiyi haqqında çoxlarının dəqiq anlayışı yoxdur. Bizdə təhsil problemini təhsilin özünün daxilində həll etməyə çalışırlar. Amma biz məktəb daxilində nə etsək də, o, öz-özünə yaxşılaşa bilməz. Müasirləşmə mərhələsindən keçmiş digər ölkələrin təcrübəsi də göstərir ki, müasirləşmə məktəbdə deyil, müəllimlərin hazırlandığı pedaqoji institutda başlamalıdır. Bunun üçün isə geri qayıtmaq və gələcək ali məktəb müəllimlərini hələ məktəbdə hazırlamaq lazımdır. Və burada biz bu prosesin bütün iştirakçılarını döndürən qapalı dairəyə düşürük.

Demək istədiyim odur ki, təhsil sistemində islahatlara məktəblərin təmirindən və dərslik yazılmasından deyil, - baxmayaraq ki, bu da vacibdir, - islahat vəzifələrini həyata keçirmək iqtidarında olan yeni formasiyalı pedaqoqlarınn hazırlanmasından başlamaq lazım idi. Amma Təhsil Nazirliyinin strateqləri hesab ediblər ki, məktəbin gözəl interyeri, yeni mebel elə islahatdır, müəllimlərin peşəkarlığı isə ikinci dərəcəlidir.

- Təhsil Nazirliyinin apardığı məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsini necə qiymətləndirirsiniz?

- Müəllimlərin biliklərinin və peşəkarlıq keyfiyyətlərinin bu cür yoxlanılması vacibdir. Amma növbəti addımlar da proses iştirakçılarının öz səviyyəsini artırmasına, potensialını həyata keçirməsinə, müasir təhsil metodlarını tətbiq etməsinə təkan verməlidir. Bu, baş vermir. Niyə? Çünki heç də bütün müəllimlər yüksək əmək haqqına iddia etmək üçün 18 saatlıq dərs yükü ala bilmir. Nəticədə dərs saatları eyni qalır, aşağı əmək haqqı da. Bundan başqa, diaqnostikada aşağı qiymətlər alan müəllimlər əvvəlki kimi dərs deməyə davam edir.

Nazirliyin bu layihəsi ümumilikdə məktəblərdə uşaqların təhsil səviyyəsinə təsir etməyib. Dərslər formal keçilir, uşaqlar oxumur, buna görə ölkədə repetitorluğun miqyası bu qədər böyükdür.

- Mühüm bir məqama toxundunuz: araşdırmalar göstərdi ki, bu gün şagirdlər az qala beşinci sinifdən əlavə repetitorlarla məşğul olurlar. Bu, doğrudur?

- Belə faktlar həddindən artıq çoxdur. Hətta şagirdlər arasında sorğu keçirməyə də ehtiyac yoxdur, sosial şəbəkələrə baxın, orada valideynlərin nə yazdıqlarını oxuyun və özünüz bundan əmin olacaqsınız. Bundan başqa, buraxılış siniflərinin bəzi şagirdləri dərslərə getmir, repetitorlarla məşğul olur. Beləliklə, məktəb əsas funksiyasını - uşaqlara bilik vermək, onlara bu bilikləri təcrübədə tətbiq etməyi öyrətmək funksiyasını itirir.

İslahatlar təkcə məktəblərin maddi-texniki bazasına və siniflərdə kompüterlərin sayına aid olmamalıdır. Mahiyyətdə dəyişiklik etmədən dəyişikliklər həyata keçirmək və yeni keyfiyyət əldə etmək mümkün deyil. Bu, proqramların, dərsliklərin məzmununa və bir o qədər əhəmiyyətli olan profilli tədrisə keçidə aiddir. Sirr deyil ki, yuxarı siniflərdə şagirdlər seçdikləri ixtisasdan asılı olaraq müəyyən fənlərdən repetitorlarla məşğul olurlar. Profilli siniflər və ya profilli liseylər yaratmaq daha yaxşı olmazdımı?

Bu cür dəyişikliklərin bir sıra müsbət nəticələri olardı. Artıq qeyd edilənlərdən - uşaqların qabiliyyətlərinə və istəklərinə görə təhsil almasının təmin edilməsindən başqa, bu dəyişikliklər təhsil keyfiyyətinin xeyli artırılmasına gətirib çıxarardı. Profilli təhsil müəssisələrində daha yaxşı hazırlanmış fənn müəllimləri işləməyə çalışardı ki, bu da uşaqların daha uğurlu təhsili üçün obyektiv zəmin yaradardı.

- Məktəblərimizin problemləri yalnız müəllimlərin peşəkar olmamasındadır?

- Əlbəttə ki, yox. Əsas rolu məktəb direktoru oynayır, onların əksəriyyəti müasir rəhbər səviyyəsinə çata bilmir. Müəllimləri işə müsabiqə yolu ilə, Təhsil Nazirliyi tərəfindən keçirilən test imtahanı ilə qəbul etsələr də, insanların nazirliyin seçim prosedurundan kənar işə qəbul edildiyi çox sayda fakt da məlumdur. Yoxlamalar zamanı isə müəyyən olunur ki, müəllimin müvafiq təhsili yoxdur və ya pedaqoji ali məktəb diplomu saxtadır.

Məktəb direktorları vakansiyaları, dərs yüklərinin müəllimlər arasında bölüşdürülməsini nazirlikdən gizlədirlər. Bu cür faktların üstü açıldıqda isə, sanki direktorun bununla heç bir əlaqəsi yoxdur, müəllimi isə imtahan verməyə məcbur edirlər.

Qeyri-formal pul yığımları, rüşvətxorluq bilavasitə məktəb direktorları ilə bağlıdır. Onlar məktəbə gəlir əldə edə biləcəkləri biznes malikanəsi kimi baxırlar - valideynlərdən və müəllimlərin özlərindən hər bəhanə ilə pul yığılır, baxmayaraq ki, büdcədən təmir üçün, inventar və texnika alışı üçün vəsait ayrılır. Bu yaxınlarda bir müəllim mənə zəng etdi və məktəblərində direktora həddiyə almaq üçün pul yığıldığını bildirdi. Mən ona bu barədə prokurorluğa və Təhsil Nazirliyinə məlumat verməyi məsləhət gördüm. Cavabda o, işini itirməkdən qorxduğunu və bu instansiyalara müraciət etmək və adını açıqlamaq istəmədiyini dedi. Ölkənin məktəblərində vəziyyət, bax, belədir.

- Hazırki məktəbdə nə və necə dəyişdirilməlidir?

- İlk növbədə, məktəb fənlərinin məzmununun yenilənməsi, elmin müasir inkişafına uyğunlaşdırılması, həqiqətən müasir olan dərsliklərin hazırlanması, müəllimin zəruri metodik tədqiqatlarla kompleks şəkildə təmin edilməsi üçün orta təhsilin 12 illik tədris ilinə keçidi təmin edilməlidir.

Çox təəssüf ki, bizim məktəb proqramlarımız köməkçi materiallarla həddindən artıq çox yüklənib və şagirdlər çox vaxt diqqətlərini bu köməkçi materialı yadda saxlamağa yönəldir.

Həmçinin, profilli yuxarı məktəb tətbiq edilməlidir. Hələlik bizdə orta məktəb başlanğıc, təməl və yuxarı məktəblərə zəif bölünüb. Amma məlumdur ki, uşağın yaşı nəzərə alınmaqla, onların hər birində tədris xeyli fərqlənməlidir. Uşaq 11 ili eyni məkanda və eyni kollektiv arasında keçirirsə, şərtlərin dəyişməzliyinə öyrəşir. Böyüklük həyatında insanın ətrafı hər zaman dəyişir və hər dəfə kollektivdə özünü yenidən isbat etməlisən.

Rəy yaz

Sual-cavab

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti