Etiraz TV

Etiraz TV

Bank Standard-ın Kreditorlar Komitəsinin sədri, tanınmış bank eksperti, Əkrəm Həsənov guya KİV-də qərəzli məlumatların yayılması ilə bağlı Baş Prokurorluq tərəfindən xəbərdarlıq alıb. Maraqlıdır ki, bir qədər bundan əvvəl, iyunun 22-də Ə.Həsənovun rəhbərliyi ilə bu bankın kreditorları Bank Standard-ın iflası üzrə məhkəmə prosesində, bankın əmlakının satışında iştirak etmək, mühüm sənədlərlə tanış olmaq və s. hüququ qazanıb.

- Biz üçüncü (marağı olan) tərəf qismində komitənin Bakı Apellyasiya Məhkəməsində bankın müflisləşməsi üzrə məhkəmə prosesinə cəlb edilməsinə nail odluq. Bu, o deməkdir ki, kreditorlar bütün məhkəmə sənədləri ilə tanış olmaq, bu prosesdə çıxış etmək, öz nöqteyi-nəzərini bildirmək, etiraz etmək və s. Imkanları əldə ediblər. Bankın formal surətdə ləğvinə məhkəmə tərəfindən nəzarət edilir, lakin, indiyə qədər bu məhkəmə prosesinin yeganə iştirakçısı yalnız ləğvedən (Əmanətlərin Sığortalanması Fondu, ƏSF - red) olduğundan, məhkəmənin sərəncamında olan məlumatlar məhdud, birtərəfli idi. Kreditorların iştirakı prosesə daha obyektiv xarakter verəcək. Biz bankın əmlakının satışı prosesini və onun kreditlərinin qaytarılmasını diqqətlə izləyəcəyik ki, ƏSF tərəfindən sui-istifadə və korrupsiya imkanları istisna edilsin. Bunları Ə. Həsənov Turana müsahibəsində bildirib.

- Hüquq müdafiəçisi hesab edir ki, maliyyə Bazarlarına Nəzarət Palatası adından Baş Prokurorluğa daxil olmuş şikayət bu hadisəyə yalnız zamanca yaxın deyildi: "Sadəcə, kimsə çox narahat olub və bu yolla bizi qorxutmaq qərarına gəlib".

Xatırladaq ki, dünən axşam saatlarında hüquq müdafiəçisi dörd bankın -Xalq Bank, Bank Respublika, Bank of Baku və Bank VTB-nin - müraciət etdiyi Maliyyə Bazarlarına Nəzarət Palatasının şikayəti əsasında Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılıb. Həmin banklar hesab edir ki, guya ekspertin mətbuatda çıxışları bank sisteminə ziyan vurub.

Ə.Həsənov Baş Prokurorluq tərəfindən onun ünvanına edilmiş xəbərdarlığı "Turan" üçün şərh edib:

- Formal olaraq, məni dörd bankın şikayəti əsasında çağırmışdılar: onlar Maliyyə Nəzarəti Palatasına müraciət ediblər, o isə, öz növbəsində, Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edib. Bununla belə, Palatanın Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edərkən hansı məntiqə əsaslandığı anlaşılmır.

- Sizcə, nə üçün Palata məhkəmə yox, oraya müraciət edib? Axı, bu məsələ Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yurisdiksiyasına aid deyil.

- Mən onların çağırışı ilə Baş Prokurorluğa gələndə, bu barədə onlardan soruşdum,. Mənə tam cavab vermədilər. Dedilər ki, şikayət daxil olub və ona reaksiya verməli idik. Bunda heş bir məntiq yoxdur, amma bu idarə birbaşa vəzifələri ilə məşğul olsa idi, daha yaxşı olardı: onda ölkədə korrupsiya da az olardı.

- Maraqlıdır, şikayətin mahiyyəti nədən ibarət idi? Yoxsa, bank sistemimizdəki problemlərin günahkarı tapıb?

- Məlum olduğu kimi, bir qədər bundan əvvəl Moody`s Beynəlxalq Agentliyi adları çəkilən dörd bankın reytinqlərini azaldıb. Bundan sonra mən bununla bağlı "Yeni Müsavat" və "Amerikanın Səsi"nin xahişi ilə onlara müsahibə verdim. Özü də ki çıxışların birində konkret maliyyə təşkilatlarının adıarı hətta açıqlanmamışdı, söhbət bütövlükdə bank sistemindəki problemlərdən gedirdi. İndi isə Baş Prokurorluğun mənim ünvanıma dərc etdiyi xəbərdarlığa baxın - o, Palatanın dedilkərini sözbəsöz təkrarlayır. Hətta ifadələr də eynidir: "özünü bank sahəsində ekspert kimi təqdim edən Əkrəm Həsənovun bəyanatları", "onun əmanətçiləri öz əmanətlərini geri götürməyə sövq edən çağırışları", guya, bu çıxışlar "əhali arasında ajiotaja səbəb olub, likvid problemləri yaradıb və nəticədə bank sistemində arzuolunmaz vəziyyətə gətirib çıxarmışdır" və s. və i.a. Baş Prokurorluq hətta onların dilində danışır.

- Beləliklə, Palata şikayət edib ki, mən insanları bank əmanətlərini geri götürməyə, bank sisteminə etibar etməməyə çağırıram və konkret olaraq dörd bank xüsusunda sübutsuz mülahizələr söyləmişəm. Baş Prokurorluqda dedim ki, tutaq ki, bu belədir. Bunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə nə aidiyyəti var? Axı, əgər mən ziyan vurmuşamsa, məhkəməyə müraciət edib bu işi orada aydınlaşdırmaq məntiqə uyğun olardı. Amma bu zaman mənə aydın cavab vermədilər, dedilər ki, dövlət qurumu bizə müraciət etmişdi və biz də sizə müraciət edirik ki, siz əsassız bəyanatlarla çıxış etməyin. Mən onlardan soruşdum ki, Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin hansı maddələri ilə məni ittiham etməyə hazırlaşırlar? Öz fikirlərimi ifadə etməkdə? Razılaşın ki, bu, gülməlidir, çünki Konstitusiya və söz azadlığı vardır. Məndən müsahibədəki birmənalı başa düşülməyə bilən bəzi məqamları şərh etməyi xahiş ediblər.

- Məsələn...

- Məsələn, müsahibəmdə mən deyirəm ki, bankirlər banklardan pulları oğurlayıblar. Baş Prokurorluqda soruşdular ki, Cinayət Məcəlləsinin hansı maddələri üzrə ittiham edirəm? Onlara maddələri sadalamaq lazım gəldi. Mən vurğuladım ki, müsahibəni mütəxəssis olmayan adi insanlar üçün verirəm, mütəxəssislər üçün bu maddələr maraqlı deyil. Belə sualar da olub: mən nəyi nəzərdə tuturdum? Ümumilikdə xahiş etdilər ki, gələcəkdə ittiham edəndə, dəqiq ifadələr işlədim ki, ikimənalıq yaranmasın. Mən dedim ki, özümün və KİV-in imkanları daxilində bunu nəzərə almağa çalışacağam, çünki KİV-lər bütün hüquqi incəliklləri ətraflı izah edə bilmir.

Daha sonra, "Yeni Müsavat"a müsahibəmdə konkret olaraq hər bir bank üzrə mülahizəmi bildirmişdim və məndən dəlil-sübut istədilər. Mən onları sadaladım və dedim ki, lazım olsa, nəzərdə tutduqlarımı sübut edə bilərəm. Öz ifadələrimin altında imza qoudum. Bundan sonra mənə dedilər ki, heç kim mənim söz azadlığıma məhdudiyyət qoymur, mən əvvəlki kimi yenə də öz fikirlərimi söyləyə bilərəm, amma dəqiqləşdirmədilər ki, nələri bildirə bilərəm, nələri isə yox. Ünsiyyət nəzakətli idi, sadəcə, xahiş etdilər ki, bank sistemindəki mürəkkəb vəziyyəti nəzərə alaraq, öz ifadələrimin ölçülüb-biçilmiş olmasını təmin edim və əsassız və sübutsuz bəyanatlarla çıxış etməyim, çünki insanlar onları nəzərə alırlar. Söz verdim ki, bir halda ki, dövlət strukturları səviyyəsində insanların nəzərə aldığı etiraf olunursa, bu amilə fikir verəcəyəm. Axı bu, böyük məsuliyyətdir. Ümumiyyətlə, problem yoxdur, həqiqətən, bundan başqa özgə bir şey baş verməyib.

Təkrar edirəm, ünsiyyət çox nəzakətli və ədəbli idi. Mən dedim ki, özüm Baş Prokurorluğa gəlmək istəyirdim, çünki Palatadan şikayətin daxil olduğu elə həmin gün Bank Standard-ın rəhbərlik etdiyim Kreditorlar Komitəsi Baş Prokurorluğa Mərkəzi Bankdan, Maliyyə Bazarlarına Nəzarət Palatasından və bankın müvəqqəti administratorundan bu bankdakı yoxlamalar və onun idarə olunması üzrə bütün əvvəlki fəaliyyəti barəsində şikayət etməyi qərar almışdı. Bildirdim ki, gələn həftə komitənin qərarı ilə Baş Prokurorluğa müraciət yazmaq fikrindəyəm. Dedilər ki, göndərin, baxaq.

- Belə çıxır ki, Palata Baş Prokurorluğa Sizdən rəhbərlik etdiyiniz Kreditorlar Komitəsinin Baş Prokurorluğa Mərkəzi Bankdan, Maliyyə Bazarlarına Nəzarət Palatasından və Bank Standard-ın müvəqqəti administratorundan şikayət etmək barədə qərar qəbul etdiyi bir vaxtda şikayət edib? Bəlkə, sadəcə, onlar Sizi qabaqlamaq istəyiblərmiş?

- Ola bilər. Əslində, mən iki ildən artıqdır ki, KİV-də bank mövzuları üzrə çıxış edirəm və bundan daha sərt çıxışlarım olub. Ona görə də sual yaranır: niyə bu şikayət məhz indi, mən Bank Standard kreditorlarının maraqlarını qoruduğum bir vaxtda edildi? Məsələ ondadır ki, bankın ləğv edilməsi üzrə işi aparan məhkəmə komitəni məhkəmə prosesinə üçüncü tərəf kimi cəlb edib. Bu, bizim üçün sənədlərə yol açır və kimsə bundan çox narahat olub. Və bu yolla bizi qorxutmaq qərarına gəlib. Amma buna ümid etmək boş işdir, çünki məni belə şeylərlə qorxutmaq olmaz. Mən həmişə dərk etmişəm və bilirəm ki, öz fəaliyyətimlə nüfuzlu adamların maraqlarına toxunuram. Bu məqamı həmişə nəzərə almışam. Digər tərəfdən, mənim fəaliyyətim şəxsi məqsədləri nəzərdə tutmur. Əsas məqsəd insanlara kömək etməkdir, bununla mən dövlətimizə də kömək edirəm, çünki bank xidmətləri istehlakçılarının müdafiəsi - bu, dövlətin vəzifəsidir. Mən o məqsədlə kömək edirəm ki, narazı olan vətəndaşların sayı arttmasın. Mənim fəaliyyətim tam şəffafdır və heç bir qanunu pozmur.

Rəy yaz

Sual-cavab

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti