Шиховский пляж. Фото:  sapunov.livejournal.com

Шиховский пляж. Фото: sapunov.livejournal.com

Bakı/06.07.15/Turan: Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, Səbayel rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərlikləri çimmək üçün yararsız sayılıb.

"İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur və buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır", - Mərkəzin məlumatında deyilir.

Qalan çimərliklərdə dəniz suyu standartlara cavab verir. Beləliklə, adı qeyd olunan iki çimərliklə bağlı 2010-cu il qərarı qüvvədə qalıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə keçirdiyi monitorinqlər mayın 16-dan başlanılıb.

Bakıda rəsmi çimərlik mövsümü mayın 25-də açılıb.-05C06-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti