Sumqayıtda uşaqların kütləvi zəhərlənmə

Bakı/10.06.17/Turan: Son üç gündə Sumqayıt şəhər Uşaq Xəstəxanasına mədə-bağırsaq pozuntusu əlamətləri ilə 119 uşaq müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev məlumat verib.

O bildirib ki, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır. Onların bir qismi ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq.

İ.Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb. Laboratoriyada nümunələrin nəticələri məlum olandan sonra dəqiq səbəblər açıqlanacaq.(AZƏRTAC).-0-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti