A.Muxtali

A.Muxtali

Mayın 29-da Tbilisidə oğurlanmış və qaçaq şəkildə Bakıya gətirilmiş Azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı hadisələr Cənubi Qafqazın sovet keçmişindən demokratik gələcəyə uzanan keçidi yolunda Azərbaycan və Gürcüstan reallıqlarının tamamilə yeni nisbətini ortaya çıxardı.

Bu hadisədə ən mühüm məqam Azərbaycan və Gürcüstan elitalarının adi görünən qarşılıqlı fəaliyyət və qarşılıqlı anlayışını bundan sonra həm Gürcüstan, həm Azərbaycan, həm də bütünlükdə region üçün ciddi nəticələri olacaq hadisəyə çevirən Gürcüstan cəmiyyətinin siyasi yetkinliyinin artmasının göstəricisidir.

Gürcüstan ərazisində Azərbaycan və Gürcüstan xüsusi xidmətlərinin açıq və ya gizli formada belə əməkdaşlığı həmişə olub, amma onlar iki səbəbdən nəzərə çarpmayıb. Birinci mərhələdə Şevardnadze və Saakaşvili dövründə iqtisadi cəhətdən zəifləmiş, Azərbaycanın enerji resurslarının və yüklərinin nəqlindən böyük dividendlər əldə edən Gürcüstan despot şərq qonşusu ilə hesablaşmağa məcbur idi. Son 10 ildə Gürcüstana və xüsusən Saakaşvili dövründə bu ölkə ərazisində iki elitanın birgə biznes layihələrinə investisiyalar rəsmi Bakının qonşu ölkənin işlərinə müdaxiləsi üçün əlavə arqument oldu. Regionda Rusiyanın iddialarına və regionda beynəlxalq terrorizm təhlükəsinə qarşı birgə mübarizəni də buraya aid etmək olar.

Məsələn, 2005-ci ildə Azərbaycanda parlament seçkiləri ərəfəsində bu neft ölkəsinin xüsusi xidmətləri Gürcüstanlı tərəfdaşlarının da iştirakı ilə Azərbaycan müxalifətinin Bakıdakı rejimi devirmək üçün Ermənistan xüsusi xidmətlərindən maliyyə almasını səhnələşdirdilər. Azərbaycan müxalifətinin Gürcüstana həmrəylik çağırışlarına baxmayaraq, həmin vaxt bu fakt həm Gürcüstan cəmiyyətinin, həm də KİV-nin nəzərindən kənarda qaldı.

Doğrudur, qeyd etmək lazımdır ki, Azərbaycanlı dissidentlərin Gürcüstana siyasi mühacirəti sindromu son illər nəzərəçarpan haldır. Bu hal Azərbaycanın fərdi kapitalının vətəndəki sıxışdırmalardan daha yaxşı həyat axtarışında Gürcüstana qaçışının ardınca baş verdi.

Bakıdakı rejim də məhz belə hərəkət edirdi, əvvəlcə Gürcüstan limanına genişmiqyaslı qara kapitalları yerləşdirməyə başladı, bunun ardınca isə Gürcüstanın ictimai-siyasi həyatına da əl atmağa cəhd etdi. Xüsusən, bu, Gürcüstanla mənəvi əlaqələri olan Bakıdakı rejim əleyhdarlarının neytrallaşdırılmasına da aid idi. Son vaxtlar bu proses açıq xarakter almağa başlayıb. Gürcüstandan anasının dəfni üçün gəlmiş Mehman Qələndərovun həbsi və Bakı həbsxanasında ölümü, Tbilisidə Bakının sifarişi ilə həkim Fərman Ceyranlının həbsi, Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının Gürcüstandan gələrkən həbsi, Tbilisidə fərqli düşünən Azərbaycanlıların açıq-aşkar izlənməsi. Bu hərəkətlər gürcüləri bezdirməyə bilməzdir, Muxtarlının işində də bu, özünü göstərdi. Gürcüstan QHT-ləri, KİV-ləri, müxalifəti və dövlət başçısı açıq formada indiyə qədər görünməmiş "Bezdirdiniz!" etirazı ifadə etdi.

Beləliklə, Azərbaycan hakimiyyəti istəyərək və ya istəmədən Gürcüstan cəmiyyətində güclü etiraz yaradıb, bu ölkədə nüfuzunun yayılması üzrə öz nailiyyətlərinə ciddi xələl gətirib.

İki ölkə arasında ənənəvi qarşılıqlı anlaşma çərçivəsində Muxtarlının işini yola verməyə imkan verməyən nə baş verib? Gürcüstan parlament respublikasına keçərək, Avropa İttifaqı, NATO ilə assosiasiya üzvlüyü haqqında saziş imzalayaraq, sürətlə postsovet məkanından uzaqlaşmağa başlamışdı, bir halda ki, Azərbaycan Qərbdən özünütəcrid siyasəti seçərək, tamamilə əks istiqamətdə postsovet məkanından kommunizm və islamın multikultural qarışığı olan sovet məkanına qayıtmağa, ona xas şəkildə fərqli düşüncələri, siyasi və iqtisadi azadlıqları boğmağa başlayıb.

Belə olan halda iki qonşu Qafqaz ölkəsi sözün əsl mənasında qonşu ola bilər? Zənnimcə, yox. Muxtarlının işi göstərdi ki, Tbilisi və Bakı arasında haqq-hesaba görə bağlanmış nikahın vaxtı keçir, dəyərlərdəki fərqlərə görə isə sevgi ilə nikah alınmır.

Bunun nəticəsi olaraq bu qalmaqallı hadisəni çox mühüm adlandırmaq olar. Rəsmi Bakı hələki parçalanmanın başlanğıc mərhələsində olan bu hadisədən sonra Gürcüstanda təsir və iştirak vasitələrini nəzərəçarpacaq dərəcədə itirməyə başlayıb. Bununla belə, Gürcüstan siyasi və hətta iqtisadi mənada regional inkişafa yön verəcək, onu hələlik Avropa standartlarına çox da yaxın olmayan, amma sovet standartlarından xeyli fərqlənən öz standartlarına uyğunlaşdıracaq. Yəni biz Azərbaycandakı proseslərə Gürcüstanın demokratik təsirinin artmasını proqnozlaşdıra bilərik, bu da çoxdan Azərbaycanın sovetləşməsinə qarşı ən mühüm amillərdən biridir.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti