Azerbaijani President Ilham Aliyev is paying an official visit to Warsaw

Azerbaijani President Ilham Aliyev is paying an official visit to Warsaw

Azərbaycan prezidenti İlham Əliyev Polşa səfərlərinə verdiyi uzunmüddətli fasilədən sonra iyunun 26-28-də postsosialist dövlətlər arasında keçmiş sovet respublikalarının Qərb hüdudlarına daxil olmasının ən həvəsli tərəfdarı olan bu ölkəyə rəsmi səfər edib.

Prezident Andjey Duda ilə birgə mətbuat konfransında çıxışında Azərbaycan prezidenti ən yüksək səviyyədə hazırki Azərbaycan-Polşa dialoqunu "Prezident Kaçinski dövrünün məntiqi davamı" adlandırıb.

"Prezident Kaçinski dövründə çoxsaylı səfərlərimiz olub - mənim Polşaya, onun Azərbaycana. Bu səfərlər zamanı biz dostluğumuzu möhkəmləndirirdik, birgə layihələr haqqında danışırdıq, bəzi layihələrə start verirdik", deyə Əliyev bildirib.

Və həqiqətən də, yalnız 2004-2009-cu illərdə prezident İlham Əliyev 5 dəfə Polşaya səfər etmiş və Polşanın dövlət başçısı Lex Kaçinski 3 dəfə Azərbaycan paytaxtında olub. Bəzi postsovet ölkələrini (Rusiya, Gürcüstan, Ukrayna), habelə Türkiyəni saymasaq, Azərbaycanın həmin vaxt heç bir başqa dövlətlə ən yüksək səviyyədə belə intensiv əlaqələri yox idi.

2009-cu ilin iyulunda Kaçinskinin Bakıya səfəri zamanı tərəflər "Azərbaycan və Polşa prezidentlərinin Məsləhət Komitəsinin Nizamnaməsi"ni, "ARDNŞ və "Grupa Lotos" SC arasında Niyyət Protokolu"nu, habelə "Azərbaycan Təhlükəsizlik Şurası və Polşanın Milli Təhlükəsizlik Bürosu arasında 2009-2010-cu illər üçün əməkdaşlıq qrafiki"ni imzalayıblar. Polşa və Azərbaycan arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə prezident Lex Kaçinski "Heydər Əliyev" ordeni ilə təltif edilib. Səfərin yekun mərhələsində dövlət başçıları mətbuat üçün bəyanatla çıxış ediblər. İlham Əliyev "ən yüksək səviyyəyə" çatmış ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib.

Amma Kaçinskinin 2010-cu ilin aprelində Smolensk üzərində təyyarə qəzasında həlak olmasından sonra Azərbaycan-Polşa əlaqələrinin səviyyəsi xeyli aşağı düşür. Polyaklar indiyə qədər Kremli Qərbin anti-Rusiya siyasətinin önündə gedən Kaçinskini aradan qaldırmaq məqsədilə qəsdən aviaqəza törətməkdə ittiham edirlər. 2008-ci ildə Rusiyanın Gürcüstana qarşı təcavüzü və Smolensk üzərində qəza, görünür, Azərbaycanın xarici siyasətinin Qərbə doğru meylinin tarazlaşdırılması üçün siqnal oldu.

Sonradan Əliyevin Rusiya və Qərb arasındakı manevrləri Avropa demokratiyaları ilə nümayişkaranə qarşıdurma istiqamətinə keçməklə, əsasən, Avrointeqrasiya və demokratiyanın təşviqi məsələsində daha tarazlaşdırılmış kurs nümayiş etdirir. Məhz Rusiya amilinin Əliyevi bu məsafəlilik siyasətinə təşviq etdiyini iddia etmək sadəlövhlük olardı. Burada iki xətt - Azərbaycanın demokratikləşməsinə yönəlmiş Qərb strategiyası və neft gəlirlərinin sürətlə artdığı bir şəraitdə Əliyevin öz avtoritar hakimiyyətini möhkəmləndirməsinə yönəlmiş siyasəti arasında ziddiyyət yaranmasından danışmaq daha çox yerinə düşərdi.

Növbəti hadisələr zənciri: 2011-ci ildə "Şərq Tərəfdaşlığı"nın bir çox perspektivlər vəd edən Varşava sammiti, Ukrayna və Ermənistanın 2014-cü ildə Vilnyusda Aİ ilə assosiasiya sazişinin imzalanmasından imtinası, Azərbaycanın 2015-ci ildə Riqada keçirilən sammitdə Aİ ilə Strateji Tərəfdaşlıq haqqında sazişdən imtinası da Azərbaycan-Polşa münasibətləri strategiyasına təsir edib.

Varşavada hər iki prezident etiraf edib ki, 100 mln.-luq ticarət dövriyyəsi iki ölkənin potensialını əks etdirmir ki, bu da vaxtilə ambisiyalı olan planların bloklanmış vəziyyətdə olduğunu göstərir, onlar bu planların önünü açmağa hazır olduqları mesajı veriblər. Buna Azərbaycanda iqtisadi böhran, Avrasiya regionunda Qərbin üstünlüyünün artması, Rusiyanın iqtisadi cəhətdən zəifləməsi, yeni transmilli kommunikasiya layihələrinin həyata keçirilməsi də şərait yarada bilər.

Onların Kaçinski dövrünün məntiqi davamını müşaiyət edən amil olub-olmayacağını artıq "Şərq Tərəfdaşlığı"nın noyabrda keçiriləcək Brüssel sammiti göstərəcək. Burada Azərbaycanın Aİ ilə çərçivə sazişini imzalayacağı gözlənilir. Bəzi faktlar, xüsusən, Əliyevin prezident Nazarbayevin şəxsi qonağı kimi dəvət edildiyi Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən iyun sammitində iştirakdan yayınması buna dəlalət edir.

Rəy yaz

Analitika

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti