Aqramuntun impiçmenti üzrə səsvermə oktyabrda keçiriləcək

Bakı/30.06.17/Turan: Avropa Şurasının Parlament Assambleyası cümə günü Pedro Aqramuntun sədr vəzifəsindən kənarlaşdırılması haqqında vəsatəti açıqlayıb. AŞPA-nın rəsmi məlumatında deyilir ki, Avropa Şurası Parlament Assambleyasının prezidentinin kənarlaşdırılması haqqında təklifi Assambleyanın beş siyasi qrupu və 36 milli nümayəndə heyətini təmsil edən 158 üzvü imzalayıb. İndi bu sənəd Assambleyanın oktyabrın 9-13-də keçiriləcək payız sessiyasında səsverməyə çıxarılacaq.

AŞPA reqlamentinə bir müddət əvvəl edilmiş dəyişikliklərə uyğun olaraq, "bu təşəbbüs üzrə yekun qərar qəbul edilənə qədər spiker Assambleyanın iclaslarına sədrlik etməyə davam edir", deyə sənəddə bildirilir. Aqramunt özü baş verənlər haqqında məlumatlandırılıb, deyə AŞPA bildirir.

Reqlamentin yeni müddəalarına əsasən, ona vəzifədən kənarlaşdırılması haqqında parlamentarilərin imzaladığı təklif göndərilib.

Bir müddət əvvəl Aqramunt AŞPA-nın "Avropa Xalq Partiyası" siyasi qrupundan çıxarılıb.

Aqramunt AŞPA-nın iyunun 26-30-da keçirilən sessiyasına gəlməyib. Buna qədər, apreldə AŞPA Bürosu onu iclasa gəlmədiyinə və Dövlət Duması deputatlarının təşəbbüsü ilə Suriyaya səfəri və Bəşər Əsədlə görüşü ilə bağlı açıqlama vermədiyinə görə AŞPA sədri vəzifələrinin icrasından kənarlaşdırıb. Aqramunt həmçinin AŞPA-da "kürü diplomatiyası" ilə bağlı qalmaqalın fiqurantı olub.

Monitorinq Komitəsinin həmməruzəçisi, daha sonra AŞPA prezidenti olarkən Aqramunt Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə yüngül qiymət verir, Assambleya tərəfindən ölkədə siyasi məhbusların azad edilməsi üçün tədbirlər görülməsinə mane olurdu. -06D-

Rəy yaz

Siyasət

Приведут ли протесты в Ереване к смене власти в Армении? - беседа с Тиграном Хзмаляном в программе "Çətin sual"



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti