Ариф Мамедов

Ариф Мамедов

Bakı/10.07.17/Turan: İyulun 11-də Avstriyada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olacaq. Bu, Qarabağda vəziyyətin gərginləşməsindən sonra ilk görüşdür. Keçmiş diplomat, hazırda Avstriyada siyasi mühacir olar Arif Məmmədov Turan-a müsahibəsində iyulun 4-də Alxanlıda baş vermiş faciədən sonra münaqişənin dinc yolla nizamlanmasının mümkünlüyündən danışıb.

- Alxanlı kəndində iki mülki şəxsin Ermənistan Silahlı Qüvvələri tərəfindən öldürülməsindən sonra Ermənistanla danışıqlar prosesində hər hansı irəliləyişə ümid etmək olarmı?

- Bu görüşlə bağlı pessimist əhval-ruhiyyədəyəm. Hazırda Ermənistanın hansısa danışıqlara və Azərbaycana güzəstə getməsinə səbəb yoxdur. Ermənilər başa düşürlər ki, Bakı hər dəfə ölkə daxilində vəziyyət gərginləşəndə cəbhədə vəziyyətin eskalasiyasına gedəcək. Mövcud status-kvo erməniləri tam qane edir. Xarici işlər naziri Edvard Nalbandyan yaxşı başa düşür ki, nazir Elmar Məmmədyarov heç nəyi həll etmir. Onların görüşü olsa belə, bu, sülhməramlı danışıqlar prosesi görüntüsü yaratmaq üçündür, Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün yox.

- Çoxları bildirirlər ki, Ermənistanın hərəkətlərinin arxasında Moskva dayanır. Hətta Ermənistanın hər hərəkətilə Rusiyanın siyasəti arasında birbaşa əlaqələr axtarırlar. Bu o deməkdirmi ki, Azərbaycan Rusiya ilə dostluq etməklə Qarabağ nizamlanmasında uğura nail ola bilər?

- Azərbaycan-Rusiya münasibətlərində bu ərəfədə hər hansı irəliləyiş yoxdur. Bu münasibətləri G20 görüşünün yekunları, daha dəqiqi Tramp və Putin arasında görüşün yekunları baxımından Rusiya üçün uğurlu olması kontekstində qəbul etmək lazımdır. Hazırda Qarabağda vəziyyətin gərginləşməsi Moskvanın marağında deyil. Onu daha mühüm geosiyasi məsələlər düşündürür. Fikrimcə, xarici işlər naziri Sergey Lavrovda bütün istiqamətlərdə iflasa uğramış Azərbaycan rejimi ilə bağlı Putinin sərt mesajı var.

- Siz G20-də Tramp və Putin arasında danışıqları uğurlu adlandırdınız. Hətta bu danışıqların uğurlu olduğunu güman etsək belə, bunun Azərbaycana nə aidiyyatı var?

- İki prezident planlaşdırıldığı kimi, 40 dəqiqə yox, 2 saatdan çox danışıb. Aydındır ki, geniş geosiyasi məsələlər müzakirə edilib. Trampın Varşavada, Hamburq görüşündə Rusiya ilə bağlı hay-küylü bəyanatına baxmayaraq, danışıq tonu və tərzi tamamilə başqa olub. Əlbəttə, ölkələr arasında bir çox beynəlxalq məsələlərə dair fikir ayrılığı var, ancaq ümumilikdə, dialoqun vacibliyi barədə anlaşma var.

- Hesab edirsiniz ki, prezidentlər bizim ölkə ilə bağlı məsələləri müzakirə ediblər?

- Tramp və Putinin müzakirə etdiyi mövzulara Bakıda rejimin taleyi məsələsi daxil deyil. İflasa uğramış rejim heç bir maraq doğurmur, onun taleyi Moskva və Vaşinqton arasında digər mühüm qlobal məsələlər paketinin həlli çərçivəsində həll olunacaq.

- Ancaq siz Azərbaycanın Moskva və Vaşinqton üçün maraq kəsb etdiyini inkar edə bilməzsiniz?

- Ən mühüm məqam odur ki, nə Moskva, və də Vaşinqton artıq Əliyevə etibar etmir. Putində xüsusi xidmət orqanları zabitinin mentaliteti var. Bir şey haqda razılığa gəlib ancaq sonradan öz vədlərini yerinə yetirməyənlər onunla əlaqəni və etibarı itirir. Moskvanın "varislik" planını qəbul etməməsinə baxmayaraq, Əliyev bu planı həyata keçirdi və demək olar ki, uduzdu. Vaşinqtonun da insan hüquqlarına əməl edilməsi məsələsilə bağlı Bakıya ciddi iradları var. Bundan əlavə, rejimin iflasa uğraması barədə hər gün mətbuatda yayılan qalmaqallı xəbərlər iflasa uğramış rejimlə istənilən əlaqəni Rusiya və ABŞ üçün arzuolunmaz edir.-0-

Rəy yaz

Sual-cavab

Кто стоит за терактом в «Крокус сити», и каковы его последствия для России? - беседа с политологом Аркадием Дубновым в "Çətin sual"



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti