Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Əsassız vergi cərimələrinin tətbiq olunması halları artıb
Müsahibə 


2017 İyul 21 ( Cümə )  11:02:52
Çap versiyası
English Русский 

Bakı/21.07.17/Turan: Əsassız vergi cəza və cərimələrindən şikayətlənən sahibkarların sayı getdikcə artır. Maliyyə sanksiyalarının son dərəcə geniş miqyas almasının səbəblərini göstərərkən, iqtisadçılar qeyd edirlər ki, neft gəlirləri azaldığından bu gün vergi daxilolmaları dövlət büdcəsi üçün xilasedici dairəyə çevrilmişdir. Göründüyü kimi, qanun çərçivəsində qalaraq, büdcə kəsirlərini vergi ödəyicilərinin hesabına aradan qaldırmaq lmur.

Vergi işçilərinin sahibkarlığa şiddətlənmış təzyiq göstərməsi, həmçinin əsassız vergi cərimə və cəzalarının artması faktları ilə bağlı vəziyyəti "Turan"ın müxbiri ilə söhbətində iqtisadçı ekspert Əkrəm Həsənov izah edib.

- Bir çox sahibkarlar bildirirlər ki, vergi işçiləri əsassız cərimələrə əl atırlar, özü də bu cür şikayətlərin sayı son vaxtlar xeyli artıb. Bir qayda olaraq, biznes sahibləri, işin məhkəmə araşdırmasına çatdırılmamasına üstünlük verərək, bunu qeyri-rəsmi söhbətlərdə etiraf edirlər. Belə vəziyyət nə ilə bağlıdır?

- Bir çox hallarda yaranmış vəziyyət onunla isah olunur ki, Vergilər Nazirliyinin üzərinə böyük yük düşüb. Başqa sözlə desək, bu gün həmin qurum vəsait toplamalı və dövlət büdcəsini doldurmalıdır, çünki neftdən alınan gəlirlər azalıb. Bizə yüksək səviyyədə deyirlər ki, neft erası başa çatıb. Lakin biz başa düşürük ki, dövlət aparatı, məmurlar maliyyələşdirilməli, maaşlar verilməli, ictimai ehtiyaclar və s. təmin olunmalıdır. Ancaq asan neft pulları əvvəlki miqdarda daxil olmur, odur ki, vergi işçilərinə bir qədər güc vermək lazım gəlir.

Biznes vergi daxilolmalarının əsas mənbəyi olduğundan, məhz sahibkarlar vergi orqanlarının diqqət mərkəzindədir və o cümlədən, qeyri-qanuni cərimələr obyekti olub. Gəlirlərin azalması şəraitində fiziki şəxslər də nəzərə alınır, maaşlar azaldılır və s., amma özəl sahibkarlıq, təbii ki, daha cəlbedici və səxavətli mənbə olaraq qalır.

- Razılaşın ki, burada zərərçəkən tərəfin buna müqavimət göstərməməsi barədə sual yaranır...

- Etiraf etmək lazımdır ki, biz hər iki tərəfin qüsurlarının olduğu ikicəhətli problem müşahidə edirik. Sahibkarlardan başlayaq. Sirr deyil ki, ölkəmizdə biznes öz gəlirlərini gizlətməklə, vergidən yayınmaqla qanunları pozur. Bunun səbəbləri barədə çox danışmaq olar, amma fakt faktlığında qalır. Təbii ki, vergi yoxlamaları zamanı belə hallar üzə çıxır, vergi işçiləri isə haqlı olaraq cəza tətbiq edirlər, çünki buna səbəb var.

Lakin məsələnin başqa tərəfi də var: son vaxtlar vergi işçiləri sahibkarların bank hesablarından vəsait çıxarırlar, halbuki onların banka müvafiq sərəncam göndərməsi kifayətdir ki, bank şirkətin hesabından pulları silsin. Amma nəticədə şirkət əsassız olaraq tutulan məbləği geri qaytarmaq üçün vergi orqanları ilə mübarizə aparmalı olur. Son vaxtlar belə hallar kifayət qədər çox baş verir, belə işlərlə bağlı məhkəmə isə illərlə davam edə bilər. Məhkəmə araşdırılması aparılan halda, buna isə heç də bütün sahibkarlar başlamır, vergi orqanı ilə bağlı problem ortaya çıxır. Ümid edirəm ki, burada təmayüldən danışmaq hələ tezdir, amma fakt faktlığında qalır.

-Hadisənin kütləviliyi nə ilə bağlıdır?

- Məsələ burasındadır ki, Vergilər Nazirliyi öz ərazi bölmələri üçün müəyyən plan təyin edib və həmin planı tam və artıqlaması ilə yerinə yetirməyə çalışaraq, vergi işçiləri pis adətə qurşanırlar: əsassız olaraq pulları silir, cərimə və s. tələb edirlər. Yeri gəlmişkən, Vergilər Nazirliyində kadrların tez-tez dəyişməsi də bununla izah olunur. Qarşıya qoyulmuş planları yerinə yetirmək mümkün olmadığından, işçilər ya öz istəyi ilə gedir, ya da işdən çixarılırlar. Heç bir başqa dövlət idarəsində bu cür daimi kadr dəyişkənliyi yoxdur. Mən dəfələrlə eşitmişəm ki, istefaya səbəb çətin seçim olur - ya biznesə münasibətdə ləyaqətsiz davranmaq və ya getmək.

- Bəs, Sizcə, bu vəziyyətdən rəhbərliyin xəbəri varmı, yoxsa biz ayrı-ayrı əməkdaşların özfəaliyyətinin şahidi oluruq?

- Burada qeyd etmək lazımdır ki, Vergilər Nazirliyi özündə səmərəli idarəetmə sistemini təşkil etmiş nadir dövlət idarələrindən biridir. Digər tərəfdən, düşünmürəm ki, rəhbərlikdə belə qanunsuz halların təşəbbüskarları olsun. Bu baxımdan, Vergilər Nazirliyi səlis daxili yoxlamalar sistemi yarada bilib, amma hamıya göz yetirmək olmur. Təbii ki, mənfi hallardan hali olanda, qovurlar, amma bu, bir neçə ildən sonra baş verə bilər, çünki məhkəmələr illərlə davam edir. Üstəlik, heç də bütün sahibkarlar məhkəmə iddiası qaldırmır - belə bir məqam da var.

Və ən başlıcası, bu, sirr deyil ki, əvvəllər sahibkarların razılaşmaq və vergi məbləğini aşağı salmaq imkanı var idi. Son aylarda belə hallar yoxa çıxıb, nazirlik bununla mübarizə aparır, amma bu praktikaya öyrəşmiş iş adamları qalıb. Son bir il ərzində Gömrük Komitəsi də Vergilər Nazirliyinin yolu ilə gedərək qanunsuz sxemlərdən imtina edib. Bu zaman bir çox ticarətlə məşğul olanar üçün problem yaranıb, çünki onlar əvvəllər gətirilən malın bir hissəsini rəsmən bildirmirdilər. Və bu gün ticarətçi o vaxtdan qalan və hələ satılmamış malın bir hissəsini satmaq istəyəndə, vergi işçiləri onu cərimələndirir. Burada hamı - həm qanunsuz sxemlərdə əli olan ticarətçi, həm də gömrüyün əvvəlki təcrübəsi - günahkardır. Ümumilikdə isə, bu, dövlətin sahibkarlığın bundan zərər çəkdiyi günahıdır.

-Yuxarıda deyilənlər baxımından, diqqətəlayiq haldır ki, büdcəyə yenidən baxılarkən məmurların nikbinliyi üçün əsas Maliyyə Nazirliyinin açıqladığı dövlət büdcəsinin cari ilin birinci rübünün yekunlarına görə gəlirləri olub: rəsmi məlumatlara görə, onlar 3,473 mlrd. manat proqnoza qarşı 3,591 mlrd. manat (yəni proqnozdan 3,4% çox) təşkil edib. O cümlədən Vergilər Nazirliyinin xətti ilə daxilolmalar ümumi vəsaitin 40%-dən çoxunu və ya 1,42 mlrd. manat (proqnozdan 17,5% artıq), Dövlət Gömrük Komitəsinin xətti ilə isə 571 mln. manat təşkil edib. Məhz bu səbəbdən xalq xəzinəsinin doldurulması üçün cavabdeh olan həmin qurumların xətti ilə daxilolmaların bir neçə bənd (Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə isə 50 mln. manat) artırılması planlaşdırılır.