Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Hikmət Hacızadə: Putin xəbərdarlıq edib

Hikmət Hacızadə: Putin xəbərdarlıq edib
Müsahibə 


2017 İyul 28 ( Cümə )  11:15:10
Çap versiyası
English Русский 

Bakı/28.07.17/Turan: Rusiya mediasının məlumatına görə, prezident Vladimir Putin Rusiya və Ermənistan birgə qoşun qrupunun yaradılması barədə hökumətin təklifini təsdiq edib.

İki ölkə arasında müvafiq sənəd 2016-cı il noyabrın 30-da Moskvada imzalanıb.

Sənəddə deyilir ki, birgə qoşun qrupunun əsas vəzifəsi Rusiya və Ermənistanın quru sərhədlərini qorumaq və postsovet dövlətlərinin regional hərbi alyansı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində işləməkdir.

Prezident Putin Rusiyanın Müdafiə və Xarici İşlər nazirliklərinə Ermənistanla danışıqlar aparmağı əmr edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan sazişə münasibət bildirərkən deyib ki, söhbət "artıq fəaliyyət göstərməkdə olan vahid qruplaşmadan gedir".

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, vahid qoşunlar qruplaşması 2000-ci ildə Soçidə imzalanmış Ermənistanla Rusiya arasında qoşunlardan birgə istifadə etmək haqqında saziş əsasında yaradılıb.

Sənədə əsasən, qruplaşmanın vəzifəsi vahid komandanlıq altında Ermənistan və Rusiyanın müştərək müdafiəsi məsələlərini həll etməkdir.

Qruplaşma Ermənistan ərazisində yerləşən Ermənistan və Rusiya Silahlı Qüvvələri hərbi hissələrindən ibarətdir və ona ötən ay prezident Sarkisyanın fərmanı ilə təyin olunmuş Ermənistan Silahlı Qüvvələrinin nümayəndəsi general-mayor Andranik Manukyan komandanlıq edir.

Azərbaycanın rəsmi şəxsləri sazişin ratifikasiyasına hələ münasibət bildirməyiblər. Politoloqlar isə Azərbaycanın da özünə Qərbdə mütəffiqlər axtarmasının vaxtının çatdığını bildirirlər.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Turan-a müsahibəsində sazişi şərh edib.

- Rusiya prezidenti Rusiya və Ermənistanın birgə qoşun qrupunun yaradılması barədə sərəncam imzalayıb. Münasibətiniz necədir?

- Əslində bu, yeni bir şey deyil. Onsuz da Ermənistan və Rusiya hərbi hissələri bir mərkəzdən idarə olunurdu. O mərkəz isə Rusiyadır. O qərar isə Rusiyanın Azərbaycan və Ermənistan ictimaiyyətinə mesajdır ki, mən Ermənistanla bir yerdəyəm. Birdən siz mənimlə razılaşdırılmamış bir hücuma başlasanız, bilin ki, mən ermənilərlə birgəyəm. Bax, vəziyyət belədir. Bu sərəncam Azərbaycan ictimaiyyətinə bir mesajdır.

- Sənəddə bildirilir ki, qoşun qrupu Qafqazda təhlükəsizliyi təmin edəcək. Qafqaz böyük ərazidir. Burada təhlükəsizliyi necə təmin edə bilər? Münasibətiniz necədir?

- Təhlükəsizlik rus anlamında indiki status-kvonun saxlanmasıdır. Yəni, biz (Rusiya) haranı tutmuşuqsa tutmuşuq. Onu nəzərdə tuturlar. Yəni, dəyişikliklər olmayacaq. Durum belədir.

- Bu sərəncamın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına hansı təsiri ola bilər?

- Yenə deyirəm, təsir odur ki, Azərbaycan tərəfinə xəbərdarlıq edilib ki, əgər bizsiz (Rusiyasız) hərəkət etsəniz, hücuma başlasanız biz də qoşulacağıq. O sərəncam Azərbaycanı durdurmaq niyyətilə verilib.

- Belə bir şəraitdə Azərbaycan və Gürcüstan kimi hökumətlər hansı addımı atmalıdırlar?

- Hələ ki rus güclüdür, o məsələni (hərbi əməliyyatlardan söhbət gedir-red) qırağa qoymalıyıq. Onsuz da biz rus-erməni alyansı ilə vuruşa bilməyəcəyik. Bizim gücümüz çatmır. Ona görə də əgər inkişaf etmək istəyiriksə daxili islahatlar aparmaq lazımdır. Liberallaşmaq lazımdır. Dünyaya dost olmaq lazımdır. Bizim də dünyaya qapımız açılacaq və onda hər.şey dəyişəcək. -03B-