Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla

Azərbaycanlılara yemlik taxıldan bişirilmiş çörək satırdılar
Müsahibə 


2017 İyul 29 ( Şəmbə )  11:30:06
Çap versiyası
English Русский 

Çərşənbə günü Turan Böyük Britaniyanın Qida Standartları (FSA) üzrə Agentliyinin bişmiş çörək, qızardılmış kartof və qəhvədə insanın həzm orqanlarında xərçəng xəstəliyi yaratdığı ehtimal edilən akrilamid maddəsini tapmış ekspertlərinin sensasiya doğurmuş bəyanatı haqda xəbər vermişdi. Avropa İttifaqı avropalıları bu məhsulların istehlakından daşındırmaq niyyətindədir.

Halbuki "Turan" İnformasiya Agentliyi hələ uzaq 2004-cü və daha sonrakı illərdə Azərbaycanda bişirilən çörəyin insana zərərli təsir göstərdiyini bildirmişdi. Aradan keçən illər ərzində təhlükə azalmayıb. "Turan"-nın direktoru Mehman Əliyevlə müsahibə bu məsələyə həsr olunub.

- 13 il bundan əvvəl Sizin araşdırmalar aparmagınıza səbəb nə olub?

- SSRİ dağıldıqdan sonra ərzaq standartlarına nəzarət itirildiyi üçün azərbaycanlılar yedikləri çörəyin nədən bişirildiyini bilmirdilər. Lakin onlar müşahidə edirdilər ki, aldıqları çörək ertəsi gün artıq bayatlaşır və yapışqan və qoxulu olur. Deyirdilər ki, çörəyin bişirildiyi buğda kartof xəstəliyinə yoluxub. Eyni zamanda, Azərbaycan çörək istehsalı üçün istifadə edilən 2 mln. ton taxıl istehsal etdiyi haqda məlumat verirdi. Amma 2008-ci ildə Taxıl Fondu yaradıldıqdan sonra məlum oldu ki, fermerlərimiz dövlətə cəmi bir neçə min ton çörək bişirilməsi üçün yararlı olan 3-cü sinif ərzaq taxılı satmağa qadirdir.

Taxıl, əsasən, Rusiya və bir az da Qazaxıstandan alınırdı və indi də tədarük edilir. Qazaxıstandan alınan bir neçə yüz min ton 3-cü sinif taxıl makaron və digər məmulatların istehsalı üçün istifadə edilirdi, hərçənd makaron üçün ən yaxşı -1-ci sinif- taxıl tələb olunur. Dövlət burada da xalqı aldadırdı. Rusiyadan gətirilən taxıl, əsasən, 4-5-ci sinif yem taxılı (bu taxıl mal-qaraya yem kimi istifadə edilir) idi. Öz (öz - taxılın tərkibində olub xəmirə yapışqanlıq xassəsi verən zülali maddədir, qlüten) səviyyəsinin standartı ən azı 23% olduğu halda, əslində, çörəkdə o, 17% və daha az idi. Bu cür taxıl 3-cü sinif taxılından daha ucuz idi, buna görə də müstəqil Azərbaycanda, həqiqəti ictimaiyyətdən gizlədərək, ondan istifadə edilirdi. SSRİ-də çörək üçün yalnız 3-cü sinif taxılından istifadə olunurdu, 15% 4-cü sinif taxılinı qatmağa icazə verilirdi. Aldatma amansızlıqla - güllələnməyə qədər - cəzalandırılırdı.

Biz aşkar etdik ki, çörək bişirmək üçün işlədilən taxıl 100% yem taxılıdır. Rusiyalı tərəfdaşlar sayəsində biz Rusiyadan hansı keyfiyyətli, hansı taxılın və hansı qiymətə gətirildiyini öyrəndik, axı özümüzün taxılımız demək olar ki, yox idi! Bu cür taxıldan çörək bişirmək mümkün deyil, çünki xəmir qalxmır, onda bizdə xəmirə su ilə qarışdırımış narın kimyəvi preparat - unofer (əvvəlcə Türkiyə, sonra daha ucuz Cin istehsalı) qatmağı fikirləşib tapdılar. Xəmirqaldıran digər kimyəvi maddələr də qatırdılar. Amma bu, qeyri-sağlam, tez xarab olan və sağlamlıq üçün təhlükəli çörək idi.

Həmin texnologiyanın indi də tətbiq olunduğunu hesab etməyə əsas vardır. Bildiyiniz kimi, taxılın dünya qiyməti durmadan artır. Azərbaycanda isə çörək kömbəsinin qiyməti demək olar ki, dəyişməzdir. Zahirən kiloluq sovet çörəyinə bənzəyən yarım kiloqram çörək 40 qəpiyədir. Yüngül çörəyin ağır çörəyə zahiri oxşarlığı xəmirin zavodda əlavə edilən kimyəvi peparatların təmin etdiyi köpməsi hesabına əldə edilir.

Belə çıxır ki, bizdə təhlükəli maddələri əvvəlcə dəyirmanda, sonra isə çörəkxanada əlavə edirlər. Üstəlik, yem taxılından alınan unu yeyirik. Ruslar təəccüblənirdilər: Azərbaycanda nə qədər mal-qara var ki, ölkə bu qədər yem taxılı alır?

2012-ci ildə Azərbaycanda bütün bu fırıldaqlarla bərabər çörəyin qiymətini artırmaq istəyirdilər və onda biz çörəyin keyfiyyəti və qiyməti barədə məsələ qaldırdıq və vurğuladıq ki, onun qiymətinin artırılması üçün əsas yoxdur. Onda Standartlaşdırma üzrə Dövlət Komitəsində taxıl tədarükçüləri, un, çörək istehsalçılarının iştirakı iclas keçirildi, həmin məhsul üçün standart hazırlandı. Çörəyin qiymətini qaldırmadılar.

Bundan sonra əsas qida məhsulunun keyfiyyəti yaxşılaşdı, 3-cü sinif taxılı tətbiq olunmaga başlandı, hamı da görür ki, çörək bir neçə gün istifadə üçün yararlı qalır. Fəqət taxıl bazarı guya dövlət ehtiyatları - Dövlət Taxıl Fondu (DTF) üçün təxminən 700 min ton taxıl idxal edən (halbuki bizdə bu həcm üçün ambar belə yoxdur, buna heç ehtiyac da yoxdur) FHN tərəfindən inhisara alınıb. Hər şey qeyri-şəffaf həyata keçirilir, bizdə taxıl birjası yoxdur ki, orada azad təchizatçılar məhsulunu təklif etsin və dəyirmanlar daha yaxşı mal ala bilsin.

DTF yaradılarkən onun həcmi 200 min ton qədərində müəyyənləşdirilib, daha 500 min ton nə üçün idxal edilir? Ona görə ki, FHN üçün taxıl Azərbaycana vergi tətbiq edilmədən gətirilir və FHN başçısı Kəmaləddin Heydərovun ailəsinə məxsus unüyüdən zavoda (dəyirmana) daxil olur. Elə çörəyi də onların şirkəti bişirir. Buna görə də onlar rəqabətdən kənardırlar.

DTF yaradılanda, hökumət fermerlərə yaxşı qiymətə 3-cü sinif taxılı almaq təklifi ilə müraciət etdi. Dövlət bu taxıldan yalnız 1 min ton ala bildi. Bundan artıq tapılmadı. Deməli, Azərbaycanda bu həcmdən çox 3-cü sinif buğdası istehsal olunmur. Bu da çörək istehsalının əvvəlki korrupsiyalı sxeminin saxlandığını sübut edir.

- Standartlaşdırma üzrə Dövlət Komitəsi bişirilən çörəyin keyfiyyətinə nəzarət etmir?

- Korrupsiyaya uğramış Azərbaycanda bir-birinə nəzarət edən azdır. Çörəyin keyfiyyəti yaxşılaşıb, lakin problemlər qalmaqdadır. Avropada yalnız təbii əlavələr və mayadan istifadə edirlər, Azərbaycanda isə kimyəvi əlavələrin tətbiq olunması davam etdirilir. Azərbaycanda ildə 900 min ton çörək və un məmulatları istehlak olunur. Lakin heç də sirr deyil ki, Azərbaycan əhalisi mühacirət hesabına azalıb. Müstəqil tədqiqatlar göstərir ki, 90-cı illərin əvvəlindən respublikanı 2,5-3,5 mln. nəfər tərk edib. Və əgər ölkədə 7 milyon adam yaşayırsa, real tələbat ən çoxu 900 min ton taxıl olmalı idi. Deməli, Azərbaycana 1,3 mln. yox, 900 min ton taxıl idxal etmək lazımdır. Bəs onda niyə 1 mln. 300 min ton buğda alınır? Ona görə də biz hesab edirik ki, Azərbaycan taxılın, unun geri ixracı ilə məşğul olur, Rusiyada da belə hesab edirlər. Bu, böyük problemdir.

- Siz iri çörək istehsalçıları barədə danışırdınız. Lakin, məlum olduğu kimi, ölkədə hətta şəhər həyətlərində tikilmiş çoxsaylı özəl kiçik çörək sexləri vardır. Onlar da xəmirə kimyəvi maddələr qatır?

- Artıq dediyim kimi, Azərbaycanda taxıl, un bazarı, çörək istehsalı FHN və bir neçə oyunçunun inhisarındadır. İri müəssisələrdə, şübhəsiz, kimyəvi maddələr əlavə olunur. Çörəkxanalarda nə qatıldığını bilmirik, amma aydındır ki, çörək bişirən zaman maya və adları bizə məlum olmayan digər maddələr əlavə edirlər. Şəffaflıq yoxdur. Bəzi istehsalçılar məhsula təhlükəli maddələr qatmaqdan imtina edir, amma onların böyük əksəriyyəti qara (pis) sxemlərə əl atmağa məcburdur. Bu bazar üzərində nəzarət çox zəif və anlaşılmazdır. Hər halda, həkimlər azərbaycanlıların həzm orqanları xəstəliklərinin artdığını bildirərək həyəcan təbili çalırlar. Şəxsən mən on beş ildir ki, çörək yemirəm.