Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Siyasi məhbuslarla bağlı vəziyyət pisləşir

Siyasi məhbuslarla bağlı vəziyyət pisləşir
Müsahibə 


2017 İyul 29 ( Şəmbə )  15:15:45
Çap versiyası
English Русский 

Azərbaycan Siyasi Məhbusları Müdafiə Mərkəzi siyasi məhbusların siyahısını yeniləyib. Siyahı contact.az saytında dərc edilib

Mərkəzin həmtəsisçilərindən biri Leyla Yunus Turan-a müsahibəsində deyib: "Sonuncu dəfə iyulun 27-də siyahını yenilədik və məlum oldu ki, siyasi motivlərlə həbsdə ən azı 164 nəfər var. Yəni, bizim son siyahı 164 nəfəri əhatə edir. Ancaq ola bilsin ki, hansısa həbs barədə məlumat bizə çatmasın. Ümumilikdə, 2016-cı ilin noyabrından 2017-ci ilin noyabrınadək siyasi məhbusların sayı 160-dan enməyib. 2017-ci il martın 31-dən siyahıda 162 nəfər olub".

- Hər 2-3 aydan bir siyahını yeniləyirsiniz. Bu, nədən xəbər verir?

- Siyahı müntəzəm yenilənməlidir. Çünki tərkib dəyişir. Yəni, bu, heç də həmişə siyasi məhbusların azadlığa buraxılması ilə bağlı olmur. Azərbaycanda siyasi məhbusun həbsdə ölməsi adi hala çevrilib. 31 mart tarixli siyahıda 8-ci sırada bloger Mehman Hüseyn oğlu Qələndərov olub. 2017-ci il aprelin 28-də onu həbsdə öldürüblər. İyunun 6-da yenilənən siyahıda onun adı olmayıb.

Azadlığa buraxılanlar siyahıdan çıxarılır. 2016-cı ilin noyabrından azadlığa çıxanların arasında bloger Əbdül Əbilov, AXCP üzvü Elvin Abdullayev, leytenant Asif Lətifov, Qənimət Zahidin iki qohumu, Nardarandakı Rəhimə xanım məscidinin imamı Nuhbala Rəhimov var.

Adama elə gəlir ki, budur 6 nəfər azadlığa çıxıb, bir nəfəri öldürüblər və siyahı azalmalıdır. Ancaq azadlığa çıxanların yerinə yeni repressiya qurbanları gəlir. Azərbaycanda repressiyalar səngimir, artır.

Bloger Mehman Hüseynov, jurnalistlər Əfqan Muxtarlı və Əziz Orucov həbs edilib. Mən və Xədicə İsmayılova həbsdən çıxdıqdan sonra məhbus qadın yox idi. Mayın 27-də Gözəl Bayramlı həbs olunub. Nardaranda həbslər ara vermir, hələ də davam edir. Atabala Şahbazov və onun üç oğlunun həbsdə olması az imiş kimi, may ayında dördüncü oğulu da həbs ediblər. Yəqib düşünürlər ki, madam ki, adı Atabaladır, qoy, ata da, oğullar da həbsdə otursunlar. Bu ailənin qadınlarının halı necədir?..

- 80-ci illərin sonlarından hüquq-müdafiə fəaliyyəti ilə məşğul olursunuz. Hər şey həmişə belə pis olub?

- Demək olar ki, 30 ildir ki, Azərbaycanda siyasi repressiyalar və repressiya qurbanlarının sayı barədə beynəlxalq birliyi məlumatlandırıram. Bu illər ərzində bizim informasiyaya olan etibar ancaq artb.

1988-ci ildən siyasi məhbusların siyahısını hazırlayıram. Təəssüflə deməliyəm ki, Qorbaçov (Vəzirov-Mütəllibov) dövründə siyasi məhbusların sayı 10 nəfərdən yuxarı olmurdu. Müstəqil Azrbaycanda isə siyasi represiyalar artıb.

Heydər Əliyev hakimiyyətə gələndən sonra siyasi motivlərlə həbslər başlayıb və 90-cı illərin sonunda siyasi məhbuslar siyahısında 716 ad olub. Azərbaycan Avropa Şurasına daxil olduqdan və siyasi məhbusların azad edilməsi ilə bağlı öhdəliklər götürdükdən sonra həmin adamların çoxu azadlığa çıxıb. Ancaq həmin siyahıdan 14 nəfər həbsdə qalır. Onlar məhz siyasi motivlərlə ömürlük həbs olunublar. Üstəlik, siyasi proseslərdə qəbul edildiyi kimi, nə istintaq, nə də məhkəmə zamanı onların günahı sübuta yetirilməyib. Ancaq 20 ildən çoxdur ki, onlar həbsdədir və həbsdə də ölürlər. 18 il həbsdən sonra Vaqif Hüseynov öldü. O, oğlu Maqsud Hüseynovla birgə mühakinə olunmuşdu. Ata kamerada öldü, oğul isə cəzasını çəkməkdə davam edir. Ömürlük həbs edilən bu şəxslərin adları 20 ildən çoxdur ki, siyahıda qalır. Onların sayı ancaq ölüm hallarının hesabına azalır.

- Belə olan şəraitdə öz fəaliyyətinizi necə görürsünüz?

- Biz həmkarlarımız Elşən Həsənov və Oqtay Gülalıyevlə birlikdə həbsdən çıxdıqdan sonra 2016-cı il noyabrın 16-da həmin dövr üçün siyasi məhbusların yeni siyahısını tərtib etdik. Siyahıya 160 ad daxil idi. Siyahını müntəzəm olaraq yeniləyirik. 2017-ci il yanvarın 27-də həmfikirlərimizlə birlikdə Siyasi Məhbusların Müdafiə Mərkəzini yaratdıq. Mərkəz siyahının yenilənməsi üzrə işlərimizə dəstək olur.

Biz, hüquq müdafiəçisi kimi həbsdəki siyasi məhbusların vəziyyətinin dəyişməsini izləməliyik. Məhkəmələr, çıxarılan hökmlər barədə məlumatları yeniləməliyik.

2011-ci ildə İslam Partiyasının lideri Mövsüm Səmədova cəzasını ümumi rejimdə çəkməklə 12 il həbs veriblər. Ancaq demək olar ki, bu müddətin yarısını Qobustan qapalı həbsxanasında keçirir. Yeni məhkəmə prosesləri keçirilir, saxlanma şəraiti sərtləşdirilir.

Siyasi məhbuslarla bağlı vəziyyətə çox diqqətlə, hərtərəfli və qərəzsiz nəzarət olunmalıdır. Bu adamlar bilməlidir ki, onları unutmayıblar, yada salırlar, onların kömək üçün, məlumat vermək üçün müraciət edəcəkləri yer var.

Çalışacağıq ki, siyasi məhbuslarla bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına, Avropa Şurası, Avropa İttifaqı, ABŞ Dövlət Departamentinə ötürülən məlumatlar dəqiq olsun və hər konkret dövr üçün vəziyyəti əks etdirsin. -0-